FOLASİN, v i t a m i n Bc, B9, f o l a t – fol turşusu vә onun törәmәlәri daxil olan birlәşmәlәr qrupu. Fol turşusu (N-pteroil-L-qlutamin turşusu) solğun-sarı kristal maddәdir, 250°C-dә parçalanır. Suda, etanolda çox pis, duru qәlәvi mәhlullarında asan, duru turşularda hәll olur, asetonda, dietil efirindә, xloroformda vә karbohidrogenlәrdә hәll olmur. Fol turşusu zәif turş vә neytral sulu mәhlullarda stabildir, işıqda, sulu vә qәlәvi mәhlullarda O2 iştirak etdiyi halda tez parçalanır. Qәlәvi mәhlullarda oksigen olmadıqda fol turşusu davamlıdır. Mineral turşularla qızdırıldıqda 6-metilpterin әmәlә gәlmәklә asan hidroliz olur.
Fol turşusu vә onun poliqlutamatları tәbiәtdә geniş yayılmışdır, bütün heyvan, bitki vә mikroorqanizmlәrdә mövcuddur. Onun miqdarı yaşıl bitki yarpaqlarında vә bu kimi qida mәhsullarında: qaraciyәrdә (240), böyrәkdә (56), cәfәridә (100) kahıda (48), buğda unu vә çörәyindә (20–30) daha çoxdur, әt, süd vә yumurtada (4–15) isә azdır (fol turşusunun miqdarı 100qr mәhsulda mkq-la verilir). Heyvanlar fol turşusu sintez edә bilmir. Bitki vә mikroorqanizmlәr onu fol turşuları molekulunun pterin hissәsinin sәlәfi kimi istifadә olunan p-aminbenzoy vә quanozintrifosfatdan sintez edir. 5,6,7,8-tetrahidrofol turşusu (THFT) vә onun törәmәlәri (F.-in koferment formaları) fol turşusunun biol. aktiv formalarıdır. Heyvan toxumalarında fol turşusunun THFT-na çevrilmәsi iki mәrhәlәdә baş verir: 1) iki H atomunun fol turşusuna birlәşmәsindәn dihidrofol turşusu әmәlә gәlir; 2) daha iki H atomu ilә birlәşәrәk THFT-na çevrilir. Hәr iki mәrhәlәni tetrahidrofolatdehidrogenaza fermenti kataliz edir. Fol turşusu vә onun koferment formaları toxumalarda konyuqәedilmiş vә ya pteroil-poliqlutamatlar şәklindә iştirak edir. THFT birkarbonlu fraqmentlәrin qopması ilә gedәn müxtәlif fermentativ reaksiyalarda koferment kimi iştirak edәrәk onların daşınmasını hәyata keçirir. THFT bәzi reaksiyalarda bu fraqmentlәrin akseptoru, digәrlәrindә donoru rolunu oynayır. Belә çevrilmәlәrdә THFT-nun daşıdığı birkarbonlu fraqmentlәrә
qrupları aiddir. Katabolizm reaksiyalarında akseptoru THFT olan birkarbonlu fraqmentlәrin әsas mәnbәyi qlisinin α-C atomu, serinin β-C atomu, histidinin indol halqasının C-2 atomu, hәmçinin orqanizmdә mübadilә reaksiyaları zamanı әmәlә gәlәn CHOOH, CH2O vә bir sıra digәr birlәşmәlәrdir.
F.-in koferment formalarının mühüm funksiyası, onların purin әsaslarının (adenin vә quanin) biosintezindә iştirakıdır. F.-in koferment formalarının DNT vә RNT tәrkibinә daxil olan dezoksitimidinmonofosfatın (dTMF) vә purin әsaslarının biosintezindә iştirak etmәsi, bu vitaminin nuklein turşularının biosintezindә, böyümә vә inkişaf proseslәrindә, toxumaların proliferlәşmәsindә (hüceyrәlәrin sayının artmasında), o cümlәdәn qanyaranma vә embrional inkişaf proseslәrindә mühüm rolunu müәyyәn edir.
Sintetik fol turşusu 2,4,5-tri-amin-6-hidroksipirimidin, 2,3-dibrompropion aldehidi vә N-(p-aminbenzoil)-L-qlutamin turşusunun eyni zamanda kondenslәşmәsindәn; p-aminbenzoil-L-qlutamin turşusundan vә ya fol turşusu molekulunun pirimidin hissәsindәn başlayaraq onun molekulunun tәşkil edilmәsi ilә alınır. Tibdә istifadә olunur.
Əd.: Б е р е з о в с к и й В.М., Химия витаминов. М., 1973; Витамины. Под ред. М.И.С м и р н о в а. М.,1974.