FOLİANT (lat. folium – vәrәq) – tәn ortadan qatlanmış standart kağız vәrәqi (in-folio) formatında nәşr (hünd. 60 sm-dәn 84 sm-әdәk). Əsasәn, 16–18 әsrlәrdә geniş yayılmışdı. Müasir dövrdә bu formatda yalnız iri coğrafi atlaslar vә faksimile bәdii nәşrlәri buraxılır. Mәcazi mәnada – iri formatlı
qalın kitab.