FOLKLÉND AXINI – Atlantika okeanında, Cәnubi Amerikanın c.-ş. sahillәri yaxınlığında soyuq sәth axını. Qәrb külәklәri axınının qolu. Folklend a-rından La-Plata körfәzinәdәk davam edir. Sürәti 0,9–1,8 km/saat, orta temp-ru qışda 4–10°C, yayda 8–15°C-dir. Çoxlu aysberqlәr gәtirir.