FOLKLORŞÜNASLIQ - folklor haqqında elm. Xalq yaradıcılığmm toplanması, nəşri və tədqiqi ilə məşğul olur. F. xalq yaradıcılığının çoxəsrlik toplanması və yaradıcı surətdə yenidən işlənməsi təcrübəsi əsasında yaranmışdır. 18 əsr maarifçilərinin fəaliyyəti folklora elmi marağın yaranmasına səbəb olmuşdur. F.-ın sonrakı inkişafında romantizm böyük əhəmiyyət kəsb etmiş, folklorun öyrənilməsində bu istiqamətdə ilk cərəyan olan mifoloji məktəb formalaşmışdır (V. və Y.Qrimm qardaşları, M.Müller, A.N.Afanasyev və b.). 19 əsrin ortalarından folklor mətnlərinin fəal surətdə toplanması və nəşrinə başlanılması folklorun öyrənilməsinə dair yeni metodoloji yanaşmaya təkan vermişdir. Miqrasiya məktəbi yaranmışdır (Q.Paris, Almaniyada T.Benfey, Rusiyada F.İ.Buslayev və b.). 19 əsrin 2-ci yarısında Avropa və Amerika elmində antropoloji məktəb formalaşmışdır. 19 əsrin sony - 20 əsrin əvvəllərində antropoloji məktəbə yaxın etnopsixoloji məktəb yaranmışdır. 20 əsrin 1-ci yarısında F.-da Z.Freydin ardıcıllarından ibarət psixoanalitik məktəb təşəkkül tapmışdır. L.Levi-Brül və K.Yunqun əsatir və nağıllarda kollektiv təsəvvürlər və arxetiplər ideyaları amerikan magik-rityal məktəbinə yaxın olan neomifoloji məktəbdə inkişaf edirdi. 19 əsrin sonlarından Rusiyada tarixi məktəb inkişaf etməyə başlayır. Qərbi Avropa və ABŞ F.-ına təsir göstərən xüsysi cərəyan 19 əsr və 20 əsr fin məktəbidir. 20 əsrin ortalarından dünya F.-nda strukturalizm nüfuzlu cərəyan olmuşdur. Folklor nümynələrinin toplanılması və araşdırılmasına ayrı-ayrı cünglərdə, məcmuələrdə, eləcə də 19 əsr Rusiya mətbuatında (M.Kazımbəy, M.Qəmərli, M.Vəlizadə, M.Mahmudbəyov və b.) rast gəlinsə də, Azərb.-da F. müstəqil elm sahəsi kimi 20 əsrin 1-ci yarısında F.Köçərli, Ə.Abid, S.Mümtaz, H.Zeynallı, V..Xuluflu, М. Təhmasib kimi alimlərin elmi fəaliyyəti əsasında formalaşmışdır. 1920-30-cu illərdə ayrı-ayrı elmi təşkilatlar, 1935 ildə yaradılan SSRİ ЕА Azərb. Filialının Dil və Ədəbiyyat in-tutu tərkibində xüsusi Folklor sektoru fəaliyyət göstərmiş və 1939 ildən N.Gəncəvi ad. Ədəbiyyat İn-tunda işini davam etdirmişdir. Sonrakı mərhələdə Azərb. F.-ının inkişafı H.Araslı, M.Təhmasib və b. tədqiqatçıların adı ilə bağlıdır. 1970-80-ci illərdən başlayaraq, folklorla bağlı tədqiqatlar ümumtürk folklor ənənələri kontekstində aparılmış, Azərb.-ın ayrı-ayrı bölgələrində saz məktəbləri, folklor ansamblları, alıq muzeyləri yaradılmış, mütəmadi folklor bayramları keçirilmişdir. Azərb.-da dövlət müstəqilliyinin bərpasından sonra qeyri-maddi mədəni irsə maraq və diqqət artmış, 1994 idə AMEA Ədəbiyyat İn-tunun tərkibində yaradılmış “Folklor sarayı” elmi-mədəni mərkəzi 2003 ildən Folklor İn-tutu kimi fəaliyyət göstərir. Azərb. F.-nda qorqudşünaslıq, koroğluşünaslıq, aşıqşünaslıq, bayatışünaslıq kimi müstəqil sahələr də geniş öyrənilir.
Müasir F. etnologiya, sosial psixologiya, etnomusiqişünaslıq, etnolinqvistika, semiotika ilə qarşılıqlı sıx əlaqədə inkişaf edir.
Əd.: Ə f ə n d i y e v P. Azərbaycan şifahi xalq ədəbiyyatı. B., 1992; П у т и л о в Б.Н. Фольклор и народная культура. Спб., 1994; Ç o b a n o ğ l u О. Halkbilimi kuramları və araştırma yöntemləri tarihinə giriş. Ankara, 1999; A b b a s 1ı İ. Folklorşünaslıq Azərbaycan ədəbiyyatı tarixi, 1 c. B., 2004; X ə l i l A. Folklorşünaslığa giriş. B., 2014; K a z ı m o ğ l u M. Folklor həm keçmiş, həm də bu gündür. B., 2014