Azərbaycan Milli Ensiklopediyası
IX CİLD (FEDİNQ - EMİN)
    FOLKNER 

    FOLKNER (Faulkner) Uilyam Katbert (25.9.1897, Missisipi ştatı, Nyu-Olbani - 1962, Missisipi ştatı, Bayхeyiya) - amerikan yazıçısı. Nobel mükafatı laureatı (1949). Amerika ədəbiyyatında tənqidi realizmin görkəmli nümayəndələrindən biri. Zadəgan ailəsində doğulmuşdur. Sistemli təhsil almamışdır. 1919-20 illərdə Oksfordda Missisipi Un-tində mühazirələr dinləmişdir. Şair kimi debütü 1919 ildə olmuşdur. Fransız simvolizmi ruhunda “Mərmər favn” adlı ilk şeirlər kitabı 1924 ildə nəşr edilmişdir. 1925 ildə tanış olduğu Ş.Anderson ona “Əsgər mükafatı” (1926) adlı ilk romanının çap olunmasında kömək göstərmişdir. 1927 ildə “Mığmığalar” romanı nəşr olunmuşdur. “Hay-küy və qəzəb” (1929) və “Müqəddəs yer” (1931) romanları ona populyarlıq qazandırmışdır. Uydurma cənub əyaləti Yoknapatof (Oksford əyalətinin simvolik rəmzi) haqqında silsilə romanlar [“Sartoris”, 1929), “Ölüm yatağında” (1930), “Avqustda işıq” (1932), “Avessalom, Avessalom” (1936); “Qəsəbə” (1940), “Şəhər” (1957), “Mülk” (1959) trilogiyası və s.] və hekayələrində partiarxal ənənələr, köləlik, sosial münasibətlər və irqi ayrı-seçkilik, puritançılıq, işbazlıq ifşa olunur. Yaratdığı qəhrəmanlar cəmiyyətdə baş verən ədalətsizliyə qarşı mübarizə aparmaq əzmində olan, zəngin mənəviyyatlı, özünə güvənən insanlardır. 1946 ildə M.Kaulinin hazırladığı “Seçilmiş Folkner” antologiyasının nəşri F.-in geniş tanınmasının başlanğıcı olmuşdur. “Pritça” fəlsəfi romanı F.-ə Milli ədəbiyyat mükafatı və Pulitser mükafatını qazandırmışdır (hər ikisi 1955). İkinci Pulitser mükafatı yazıçıya ölümündən sonra “Oğrular” (1962) romanına görə verilmişdir. Çoxsaylı hekayə toplularının, o cümlədən “Bu önüçlər”, “Doktor Martino və başqa əhvalatlar” (1934), “Aşağı düş, Moisey” və başqa əhvalatlar” (1942; F.-in ən məşhur “Ayı” hekayəsi bu topluya daxil edil ı mişdir), “Atla gediş”, (1949 və s.), qanqsterdən bəhs edən “Məbədgah” (1931), detektiv “Meyiti murdarlayanlar” (1948; 1949 ildə ekranlaşdırılmışdır) romanlarının müəllifidir. F.-in yaradıcılığı 20 əsrin 2-ci yarısı Amerika ədəbiyyatına güclü təsir göstərmişdir. “Avqustda iğıq” romanı, bəzi hekayələri, müsahibələri Azərb. dilinə tərcümə olunmuşdur.

    Ə s ə r l ə r i : Собр. соч., в 9-ти т. М., 1999­2001; Seçilmiş əsərləri. B., 2011.

    Əd.: Ə l i y e v Е. Nobel mükafatı laureatları: 1901-2003. Б., 2004.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
FEDİNQ – EMİN