Azərbaycan Milli Ensiklopediyası
IX CİLD (FEDİNQ - EMİN)
    “FOLKSVÁGEN”

    “FOLKSVÁGEN” (Volkswagen AG) – Almaniyanın avtomobil vә motosiklet istehsal edәn konserni. Mәnzil-qәrargahı Volfsburqda yerlәşir. 1937 ilin mayında mühәndis Ferdinand Porşenin rәhbәrliyi ilә “Alman xalq avtomobilinin istehsalı üzrә mәhdud mәsuliyyәtli cәmiyyәt” (“Gesellschaft zur Vorbereitung des Deutschen Volkswagens GmbH”) kimi tәsis edilmiş, 1938 ilin sentyabrından “Volkswagenwerk GmbH” adı ilә fәaliyyәt göstәrmişdir. “F”.-in istehsal etdiyi avtomobillәr İkinci dünya müharibәsindә Almaniyada geniş istifadә olunmuşdur.

     “Volkswagen AG”-nin Volfsburq şәhәrindә zavodu.

    Almaniyanın daxili bazarında avtomobil satışını artırmaq mәqsәdilә 1949 ildә “Volkswagen-Finanzierungs-Gesellschaft GmbH” şirkәti yaradıldı. 1976 ildә Volkswagen Beetle әn çox satılan avtomobil oldu.

    Tәşkilati strukturun optimallaşdırılması nәticәsindә 1994 ildә konsernin daxilindә yaradılmış Volkswagen Financial Services QSC (Avropa avtomobil bazarının әn iri maliyyә operatoru; baş ofisi Braunşveyqdә yerlәşir) üçün beynәlxalq maliyyә bazarları әlçatan olmuş vә o, layihәlәrin әlverişli şәrtlәrlә maliyyәlәşdirilmәsi imkanını qazanmışdır.

    2018 ildә “F.” satış hәcminә görә dünyanın әn iri avtomobil istehsalçısı olmuşdur. Dünyanın 27 ölkәsindә 100-dәn artıq istehsal, layihә vә mühәndislik müәssisәlәri var. Ən mәşhur markaları: Audi, Bentley, Bugatti, Lamborghini, Porshe, SEAT, Volkswagen, Škoda. Konserndә çalışanların ümumi sayı tәqr. 303 min nәfәrdir; dövriyyә vәsaiti 117,11 mlrd. avro, sәhmlәrinin ümumi dәyәri tәqr. 458,156 mlrd. avro tәşkil edir (2018). Son 20 ildә konsern Aİ bazarlarında әn böyük paya sahibdir. Sәhmlәri Frankfurt fond birjasında qiymәtlәndirilir.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
FEDİNQ – EMİN