FOLLİKULSTİMULƏEDİCİ HORMON, f o l l i t r o p i n, p r o l a n A – onur- ğalı heyvanlarda vә insanda hipofizin ön payının hasil etdiyi hormon; cinsiyyәt vәzilәrinin fәaliyyәtini tәnzimlәyir (qonadotrop hormonlardan biri). F.h. kimyәvi tәbiәtinә görә qlikoproteiddir (ilkin strukturu müәyyәn edilmәmişdir). Qoyunlarda F.h.-un mol. kütlәsi 67000, donuzlarda 29000-dir. Molekul α vә β kimi iki subvahiddәn ibarәtdir; α
subvahidi lüteinlәşdirici vә tireotrop hormona oxşar, β subvahidi isә bu hormonların β subvahidindәn fәrqlәnir. F.h-un bioloji xassәlәri yalnız β subvahidi ilә müәyyәn edilir (kәrtәnkәlәlәrdә β subvahidindә tәbii hormon fәallığı vardır). Dişi fәrdlәrdә F.h. ovulyasiya anına qәdәr follikulların vә yumurtalıqların interstisial toxumasının inkişafını stimullaşdırır; bu da qadın cinsiyyәt hormonlarının – estroqenlәrin sekresiyasının güclәnmәsi ilә nәticәlәnir. Erkәklәrdә toxum kanalcıqlarının inkişafına sәbәb olur, spermatogenezi vә kişi cinsiyyәt hormonları olan androgenlәri stimullaşdırır. F.h. öz tәsirini lüteinlәşdirici hormonla birlikdә göstәrir. F.h.-un sintezinin tәnzimlәnmәsi vә sekresiyası hipotalamusun ifraz etdiyi müvafiq rilizinq hormon olan follibirinlә, hәmçinin qanda androgenlәrin vә estrogenlәrin (bunların konsentrasiyası artdıqca F.h.-un sekresiyası güclәnir) sәviyyәsi ilә hәyata keçirilir. F.h.-un bioloji әdәbiyyatda qısa adı FSH-dır.