Azərbaycan Milli Ensiklopediyası
IX CİLD (FEDİNQ - EMİN)
    FÓLLİS 

    FÓLLİS (lat. follis – kisәcik, pul kisәsi) – Roma vә Bizans imperiyalarında, bir sıra digәr dövlәtlәrdә ödәmә vasitәsi, o cümlәdәn sikkә.

    Müәyyәn dәyәrdә sikkә ilә dolu möhürlәnmiş pul kisәsi: bir F. qızıl 1000 miliarisiyә, yaxud 6000 denariyә, bir F. gümüş 125 miliarisiyә, bir F. denari isә 250 denariyә bәrabәr idi.

    Diokletianın islahatından (294) sonra zәrb edilәn tunc sikkәlәrin numizmatikada qәbul olunmuş adı; digәr adı nummidir (lat. nummus). Argenteusun 1/8-nә, Roma funtunun 1/32-nә bәrabәrdir. Çәkisi 9–11 q-dır (tәqr. 4–5% gümüş), diametri 25–27 mm idi; sonralar çәkisi 1,5 q (demәk olar ki, gümüşsüz), diametri isә 17–18 mm olmuşdur. Fraksiyaları – 1/8, 1/4, 1/2-dir. 346 ildә mayorina ilә әvәz edilmiş, lakin F.-in adı kiçik nominallar üçün saxlanılmışdır. Reversindә Roma xalqının Geniusu vә ya zәrbetmәnin şәxslәndirilmiş obrazı, sonralar isә hәrbi düşәrgә qapıları, Herkules, Mars, prinseps qismindә imperator vә s. tәsvir olunurdu.

    498 ildәn zәrb olunan mis sikkә; digәr adları: terunsian (teruncianus), follar (follares). 40 nummiyә, 1/288 solidә bәrabәrdir. Çәkisi tәqr. 9 q, diametri 23–27 mm idi; sonralar çәkisi 22 qdiametri 40 mm olmuşdur. Reversindә Μ yunan hәrfi (40 nummi), fraksiyalarında isә K (1/2 F.), I (1/4), E (1/8) vә s. tәsvir edilirdi. 538 ildәn imperatorların hakimiyyәt illәri göstәrilirdi. 10 әsrәdәk (digәr mәlumatlara görә, 11 әsrdә dә, I Aleksey Komninin islahatlarınadәk, 12 әsrdә isә Trapezund hakimlәri tәrәfindәn vaxtaşırı) zәrb edilmişdir.

    Bizans F.-lәrinә bәnzәtmә sikkәlәr Ostqot krallığında, vandalların dövlәtindә, әrәb istilaları dövründә, 1068–81 illәrdә Dobrucada kәsilmişdir.

    F. Əmәvilәr vә ilk Abbasilәr dövründәki sikkәlәr (füls) üçün nümunә olmuşdur. Lakin Ərәb istilalarından sonra mis sikkәlәr dövriyyәdәn çıxmışdı; 10–17 әsrlәrdә İtaliyadakı bәzi dövlәtlәrin sikkәlәri follaro adlanırdı. Qızıl Orda, Rus dövlәti vә bir sıra Mәrkәzi Avropa ölkәlәrindә istifadә edilmiş pul adı da, ehtimal ki, F.-dәn (vә yaxud “füls”dәn) götürülmüşdür. 12–18 әsrlәrdә Gürcüstanda “pulo”, “poli” vә s. mis sikkәlәr istifadә olunurdu. İndiki Əfqanıstan, İraq, İordaniya, Bәhreyn, Küveyt, BƏƏ vә Yәmәnin (әvvәllәr) xırda sikkәlәri “füls”, “fülus” vә s. adlanır.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
FEDİNQ – EMİN