FOLL-RİVER (Fall River) – ABŞ-ın şm.-ş.-indә, Massaçusets ştatında şәhәr. Əh. 87 min (2010). Tonton çayının Maunt-Hop körfәzinә töküldüyü yerdә port. Elektrotexnika vә elektron sәnayesi, toxuculuq, tikiş, kimya sәnayesi, gәmiqayırma var. Şәhәrin әsası 1656 ildә qoyulmuşdur.