Azərbaycan Milli Ensiklopediyası
IX CİLD (FEDİNQ - EMİN)
    FOLMER 

    FOLMER (Volmer) Maks (3.5.1885, Hilden, Reynland – 3.6.1965, Babelsberq, Potsdam) – alman fiziki-kimyaçısı. Almaniya EA üzvü (1934 ildәn), Almaniya Demokratik Respublikası EA-nın prezidenti (1955–58) olmuşdur. Leypsiq Un-tini bitirmiş (1910) vә orada işlәmiş, Hamburq Un-tinin (1920–22) vә Berlindә Ali Texniki Mәktәbin (1922–45) prof.-u, eyni zamanda Fiziki-Kimya vә Elektrokimya İn-tunun direktoru olmuşdur. Keçmiş SSRİ-dә işlәmiş (1945–55), SSRİ EA-nın әcnәbi üzvü (1958 ildәn) olmuşdur.

    Əsas işlәri sәthi diffuziyanın, yeni fazaların yaranması vә elektrod proseslәrin kinetikasının nәzәri vә tәcrübi tәdqiqinә hәsr edilmişdir. Hidrogenin elektrolitik ayrılmasının kinetikasını tәdqiq etmişdir (1928–30). T.Erdei-Qruzla birlikdә irәli sürdüyü tәsәvvürә görә yükün daşınması bütövlükdә elektrokimyәvi prosesin ölçülәn sürәtini tәyin edә bilәr (1930; yavaş boşalma nәzәriyyәsi). Fazanın әmәlәgәlmәsi proseslәrinin öyrәnilmәsi üzrә geniş eksperimental materialları ümumilәşdirәrәk ifratdoymuş fazadan yeni fazanın yaranması zamanı rüşeymlәrin әmәlә gәlmәsi nәzәriyyәsini inkişaf etdirmişdir (1930). T.Erdei-Qruzla birlikdә metalların elektroçökdürülmәsindә kristalların әmәlә gәlmәsi vә inkişafı nәzәriyyәsini işlәyib hazırlamışdır (1931). Fotokimyәvi reaksiyaların mexanizmini öyrәnmiş, elementar fotokimyәvi proseslәrdә hәyәcanlanmış molekul vә atomların rolunu aşkar etmişdir. Əlavәlәrin iştirakı ilә lüminessensiyanın söndürülmәsi vә fotokimyәvi reaksiyaların lәngimәsini tәsvir edәn tәnliklәr tәklif etmişdir (1919, O.Şternlә birlikdә). Heterogen kimyәvi reaksiyaların kinetikasını tәdqiq (1940–50) vә adsorbsiya olunmuş molekullarda sәthi mütәhәrriklik hadisәsini kәşf etmişdir. Heterogen kataliz mexanizmini izah etmәk üçün bir sıra tәcrübi üsullar hazırlamış vә cihazlar düzәltmişdir (mәs., çoxpillәli diffuziya civә nasosu).

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
FEDİNQ – EMİN