FOMÀ (yun. Θωμãς, lat. Thomas) (1 әsrin sonu) – on iki hәvaridәn biri (Matta 10:3; Mark 3:18; Luka 6:15). Əslәn Qalileyadandır. “Əkiz” (yun. Δίυμος) lәqәbi onun adının yәhudi dilindәn tәrcümәsidir (Yәhyanın nәql etdiyi müjdә 11:16). “Foma İncili”ndә o, İsa Mәsihin doğma qardaşı adlandırılır. Bәzi qәdim dövr yazıçıları, elәcә dә “Fomanın işlәri” apokrifi onun Hindistanda vәzlәr söylәmәsi vә orada ölmәsinә dair mәlumat verir.