FOMÓZLAR – Pycnidiales sırasının Phoma cinsinә aid anamorf göbәlәklәrin törәtdiyi bitki xәstәliklәri. Kürәşәkilli vә ya yastılaşmış, birhüceyrәli rәngsiz yumurtaşәkilli vә ya әyilmiş konidili piknidası olan (meyvә cismi) fitopatogenlәrdir; gövdә, yarpaq, bәzәn köklәrdә әsasәn çoxsaylı nöqtәvi qara piknidalı quru çürümә vә nekrozlar әmәlә gәtirәn fakültativ parazitlәrdir. Ən zәrәrlilәri: P. exigua (40-dan çox fәsilәnin bitkilәrini, o cümlәdәn kartofu zәdәlәyir); yerkökü F.-ını törәdәn P. Rostrupii; çuğundur F.-ını törәdәn P. betae, günәbaxan F.-ını törәdәn P. oleraceae, kәlәm F.-ını törәdәn P. lingam. Bitki qalıqlarında, toxumlarında, kökyumrularında, bәzәn torpaqda qalır; külәk vә su vasitәsilә piknosporlarla yayılır. Mühafizә tәdbirlәri: bitki qalıqlarının tәmizlәnmәsi, növbәli әkin, toxum materialının dezinfeksiyası, fungisidlәrin tәtbiqi.