FON (yun. φωνή - səs) - 1) m u s i q i d ə səsin gurluq səviyyəsi vahidi. 1 F. verilmiş tez-ikli iki səsin gurluq səviyyələri fərqinə bərabərdir; bu zaman gurluğu eyni olan 1000 Hs tezlikli səslərin intensivliyi bir-birindən 1 dB-ə qədər fərqlənir (bax Səsin gurluğu). 2)T ə s v i r i s ə n ə t d ə: üzərində şəkil çəkilən əsas rəng, ton, yerlik. Tabloda arxa fəza (məkan) planına da F. deyilir. 3) Məcazi mənada: hər hansı bir hadisənin baş verdiyi mühit, əhatə dairəsi.