Azərbaycan Milli Ensiklopediyası
IX CİLD (FEDİNQ - EMİN)
    FOND BAZARI

    FOND BAZARI – qiymәtli kağızların vә törәmә alәtlәrin alqı-satqı qaydaları vә mexanizmlәrinin mәcmusu; maliyyә bazarı seqmenti. F.b.-nda emitentlәr pul vәsaitlәrini cәlb edir, investorlar isә bu vәsaitlәri yönlәndirirlәr.

    İlkin bazarda, qiymәtli kağızlar birjada (Initial public offering, IPO) yerlәşdirildiyi, yaxud müәyyәn investorlara birbaşa tәklif olunduğu zaman ilk sahiblәrini tapır. İkincil bazarda, әvvәllәr buraxılmış qiymәtli kağızlar tәdavül edilir. F.b. alәtlәrin (sәhm, istiqraz, pay hissәlәr, törәmә alәtlәr) növlәrinә görә tәsniflәşdirilir.

    Mütәşәkkil bazar qiymәtli kağızların birjada F.b.-nın lisenziyalı peşәkar iştirakçıları arasında mövcud sәrt qaydalar әsasında tәdavül etmәsini; qeyri-mütәşәkkil bazar qiymәtli kağızların mövcud qaydalara әmәl edilmәdәn dövriyyәsini nәzәrdә tutur. Birjada qeydiyyatdan, yәni listinq prosedurundan keçmәmiş qiymәtli kağızlar birjadankәnar bazarda (over the counter market, OTC) tәdavül edilir.

    Spot-bazarda sövdәlәr 1–2 iş günü әrzindә yerinә yetirilir, möhlәtli bazarda icra müddәti 2 gündәn çox olan (3 ay әrzindә) sövdәlәr bağlanır.

    F.b. iştirakçıları: emitent (qiymәtli kağızlar buraxır); investor (qiymәtli kağızlar vә törәmә alәtlәr alır; fәrdi vә intstitusional, kollektiv olur); maliyyә vasitәçilәri – broker (hәvalә, yaxud komissiya müqavilәsinә әsasәn fәaliyyәt göstәrir) vә dilerlәr (qiymәtli kağızları öz adından vә öz hesabına alır vә satır).

    F.b.-nın infrastrukturu: ticarәt tәşkilatçıları (birja vә ticarәt sistemlәri); emitentlәrlә bağlanan müqavilәlәrә әsasәn qiymәtli kağızların reyestrini aparan qeydiyyatçılar; qiymәtli kağızların sertifikatının saxlanması vә mülkiyyәt hüquqlarının uçotu üzrә xidmәtlәr göstәrәn depozitarilәr; sövdәlәr üzrә informasiyanın tutuşdurulması vә korrektә olunmasını hәyata keçirәn, bağlanılmış sazişlәrin yerinә yetirilmәsinә zәmanәt verәn, iştirakçılar arasında hesablama әmәliyyatları aparan hesab-klirinq tәşkilatları.

    F.b.-nda innovasiyalar arasında әn mühümü sekuritizasiyadır: klassik bank kreditlәşmәsinin qiymәtli kağızlar buraxılmasına әsaslanan maliyyәlәşmә ilә әvәz olunması. Digәr innovasiyalar: resekuritizasiya, islam sekuritizasiyası, yüksәktezlikli ticarәt, ticarәt robotlarının tәtbiqi vә s. aiddir.

    Qiymәtli kağızlar bazarının vәziyyәtini bir neçә göstәrici: kapitallaşma (sәhmlәrin dәyәrinin onların kәmiyyәtinә hasili), kapitallaşmanın ÜDM-ә olan nisbәti, bazarın likvidliyi (müvafiq alәtin dövriyyә hәcminin bazarın kapitallaşmasına olan nisbәti) üzrә müәyyәn etmәk olar. F.b., hәmçinin bazarda dövriyyәdә olan alәtlәr, emitent vә iştirakçılar haqqında mәlumatı reytinq agentliklәri, informasiya vә tәhlil şirkәtlәri, işgüzar nәşrlәr tәqdim edir.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
FEDİNQ – EMİN