Azərbaycan Milli Ensiklopediyası
IX CİLD (FEDİNQ - EMİN)
    FOND İNDEKSİ 

    FOND İNDEKSİ – qiymәtli kağızlar bazarı vәziyyәtinin göstәricisi. Fond birjalarında aparıcı şirkәtlәrin sәhmlәrinin orta qiymәti kimi hesablanır.

    İlk dәfә F.i. 1884 ildә Nyu-York fond birjasında (NYSE) hesablanmışdır. İqtisadi statistika üzrә mütәxәssis E.Cons göstәrmişdir ki, sәhmlәrin çoxunun qiymәtlәri arasında sıx müsbәt korrelyasiya (0,8-dәn çox) var, odur ki, F.i.-nin dәyişmәsi fond bazarının vәziyyәtini ümumәn yaxşı әks etdirir. İndeksin kәmiyyәti 12 aparıcı şirkәt sәhmlәrinin orta hesabi qiymәti kimi hesablanmışdır. 1928 ildә şirkәtlәrin sayı 30-a çatmışdı. Siyahını “The Wall Street Journal” qәzetinin redaksiyası tәrtib edirdi.

    ABŞ-da “Standard & Poor’s” maliyyә xәbәrlәri agentliyi 1917 ildә 90, 1957 ildәn isә 500 şirkәti birlәşdirәn indeks tәklif etmişdir. Bu indeks S&P 500 kimi tanınır vә orta hesabi ölçü metodu ilә hesablanır (qiymәtlәrlә yanaşı, şirkәtin sәrbәst dövriyyәdә olan sәhmlәrinin sayı da nәzәrә alınır).

    1935 ildә London fond birjasında FT-30, yaxud FTSE-30 (Financial Times Industrial Ordinary Share Index) indeksi qәbul olunmuşdu. Hazırda 100 şirkәtin sәhmlәri üçün orta hәndәsi ölçü metodu ilә hesablanan FTSE-100 indeksi istifadә olunur. Yaponiyada 1949 ildә Nikkei-225; Almaniyada 1959 ildә BZ-Index (1987 ildәn DAX ilә әvәz olunmuşdur); 1969 ildә Honkonq birjasında Hang Seng indeklәri tәtbiq olunmuşdur. 1983 ildәn Avstraliya indeksi All Ordinaries; 1987 ildәn Paris birjasının indeksi CAC-40 hesablanır; 1971 ildәn NASDAQ elektron birjası 3000 şirkәtin sәhmlәri әsasında NASDAQ Composite indeksini hesablayır.

    F.i.-nin hesablanması adi orta hesabi, ölçülü orta hesabi vә orta hәndәsi metodlarla aparılır. Sonuncu iki metod normativlik tәlәb edir, yәni hesablamanı asanlaşdırmaq (sadәlәşdirmәk) üçün indeksin ilkin qiymәti müәyyәn әdәdә bәrabәrlәşdirilir. Fond indekslәrinin çoxu ölçülü orta hesabi metodla hesablanır.

    Birjalarda F.i.-nin kәmiyyәtinin sәhmlәrin tәrkibinin (dövriyyәdәki qiymәtli kağız miqdarı; sazişin cәlbediciliyi, yaxud sayı; sәhmlәrin split/konsolidasiyası vә s.) dәyişmәsindәn asılı olmaması qaydasına әmәl edilir. Odur ki, sәhmlәrin tәrkibi dәyişdikcә qiymәti dәyişә bilәn әmsal – indeksin cari bölәni (NYSE-dә cari bölәn ticarәt sessiyası dövründә iki dәfә hesablanır) daxil edilir.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
FEDİNQ – EMİN