Azərbaycan Milli Ensiklopediyası
IX CİLD (FEDİNQ - EMİN)
    FÓNDA

    FÓNDA, Amerika kino xadimlәri ailәsi. H e n r i   C e y n s (16.5.1905, Nebraska ştatı, Qrand-Aylend – 12.8.1982, Los-An- celes) – aktyor. 1920-ci illәrin 1-ci yarısında Minnesota Un-tindә oxumuşdur. 1925 ildәn әyalәt, 1929 ildәn Brodvey teatrlarında çalışmışdır. 1935 ildәn kinoda çәkilmişdir (“Fermer evlәnir”). “Tәnha şam ağacı cığırı” filmindәki uğurlu işindәn sonra, әsasәn, baş rollar oynamış, Amerika cәmiyyәtinin ideallarını tәcәssüm etdirәn mәrd, namuslu insan obrazlarını yaratmışdır (“Siz bir dәfә yaşayırsınız”, “Slim”, “Blokada”, “İyezavel”, “Manonke vadisinin tәbillәri” vә s.). “Gәnc mister Linkoln” vә “Qәzәb salxımları” filmlәri ona yeni müvәffәqiyyәtlәr qazandırmışdır. 1930–60-cı illәrdә Hollivudun aparıcı aktyorlarından biri olmuşdur. 1948 ildә “Mister Roberts” tamaşasında Daq Roberts rolunu ifa etmişdir (1955 ildә eyniadlı filmdә hәmin rolda çәkilmişdir). “Hәrb vә sülh”, “On iki qәzәblәnmiş kişi”, “Ən uzun gün”; “Tәhlükәsizlik sistemi”, “Ən lәyaqәtli” (Karlovi-Vari Beynәlxalq kinofestivalının mükafatı), “Mussolini: sonuncu akt”, “Miduey”, “Meteor”, “Qızıl göldә” (Karlovi-Vari Beynәlxalq kinofestivalının mükafatı; “Oskar” mükafatı), “Mәnim әziz Klementinam”, “Qaçaq”, “Apaçi tortu” vә s. filmlәrdә çәkilmişdir. Kino sәnәtinin inkişafında mühüm xidmәtlәrinә görә fәxri “Oskar” mükafatına layiq görülmüşdür(1980).

    Övladları: C e y n (d. 21.12.1937, Nyu-York) – aktrisa. 1960 ildә L. Strasberqin aktyor studiyasını (Nyu-York) bitirmişdir. Fәaliyyәtә model kimi başlamış, eyni zamanda teatrda işlәmişdir. Kinoya 1960 ildә “Qeyri-adi әhvalat” filmi ilә gәlmişdir. Kommersiya filmlәrindә şöhrәt qazanmışdır (“Əxlaqsız mәhәllәdә gәzinti”, “Nyu-Yorkda bazar günü”, “Günün sәrin vaxtı”, “Karusel”, “Yırtıcılar”). İlk әhәmiyyәtli dramatik rolu “Tәqib” sosial trillerindә olmuşdur. “Ket Belu” vesterni vә “Barbarella” erotik komiksindә özünün әnәnәvi gözәgәlimli xanım ampluasını parodiya etmişdir. 1960-cı illәrin sonlarından sosial-tәnqidi filmlәrdә ciddi rollar oynamışdır: “Əldәn düşmüş atları güllәlәyirlәr, elәmi?”, “Klüt” (“Oskar” mükafatı), “Kukla evi”. “Vyetnam müharibәsi”nә qarşı çıxış etmişdir. 1970-ci illәrin 2-ci yarısında “Cüliya”; “Evә qayıtma” (“Oskar” mükafatı), “Çin sindromu”, Elektrik atlı” vә s. filmlәrdә, hәmçinin komediyalarda (“Dik vә Ceynin mәzәli macәraları”, “Əgәr qayınana ifritәdirsә”, “Tәrs Corciya”, “Bundan sonra bildiyiniz kimi yaşayın” vә s.) çәkilmişdir. “Qızıl göldә”, “Kukla ustası”, “Allahın quzusu”, “Qoca qrinqo” psixoloji dramlarında maraqlı obrazlar yaratmışdır. 1980-ci illәrin sonlarında aerobika üçün tәmrinlәr kompleksini işlәyib hazırlamış, ABŞ-da idman zalları şәbәkәsini tәşkil etmişdir.

    P i t e r  (d. 23.2.1940, Nyu-York) – aktyor, rejissor. 1960-cı illәrdә dövrünün üsyankar ruhunu tәcәssüm etdirәn gәnc qiyamçı rolları ilә tanınmışdır (“Vәhşi mәlәklәr”, “Sәyahәt”, “Qayğısız atlı” vә s.). “Mövsümün açılışı” filmindә qatilә çevrilmiş “Vyetnam müharibәsi” veteranının faciәli obrazını yaratmışdır. “Kirayә әl” (1971), “Aydahoda minikdәyişmә” (1973), “Vanda Nevada” (1979) filmlәrini çәkmişdir.

    Piterin qızı – B r i c e t   C e y n  (d. 27. 1.1964, Los-Anceles) – aktrisa. Kinoya 1987 ildә gәlmişdir (“Ariya”). “Qalmaqal”. “Xaç atası – 3”, “Tәnha ağdәrili qadın”, “Balaca Budda”, “Xoş tәsadüf”, “Ceki Braun”, “Ailә işi”, “Qar kraliça” vә s. filmlәrdә çәkilmişdir.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
FEDİNQ – EMİN