FON-DE-QOM (Font-de-Gaume) – Lez-Ezi-de-Tayak-Siröy (Fransa, Dordon dep-ti) kommunası әrazisindә Son Paleolitә (10 –15 min il әvvәl) aid qayaüstü tәsvirlәri olan mağara. 1901 il sentyabrın 12-dә D. Peyroni tәrәfindәn Kombarelin yerlәşdiyi qaya massivindә aşkar edilmişdir (girişi qonşu vadiyә baxır). A.Bröyl, A.Russo tәsvirlәrin surәtini çıxarmışlar. 1960-cı illәrdә tәmizlәnmә işlәri aparılmışdır. Əsas tunelin uz. tәqr. 120 m-dir. Girişdәn sağda 2 qrup tәsvir vardır; onların әsas toplusu (qalereyalar vә Kiçik Bizon zalı) daralan sahәdәn (Rubikon) sonra yerlәşir. Qara vә qırmızı-qәhvәyi rәngli tәsvirlәr üstünlük tәşkil edir, bәzilәri oyulmuş nişanlar üzәrindә çәkilmiş vә oyma ilә tamamlanmışdır; divar relyefindәn fәal istifadә olunmuşdur, fiqurların bir-birinin üstündәn çәkilmәsi dә müşahidә edilir. 80-dәn çox bizon, 45 at, 29 mamont, hәmçinin maral vә kәrgәdan, daşkeçisi (İbex), canavar vә b. heyvanların tәsvirlәri; tektiformalar (iki- yamaclı damı olan evlәri xatırladan beşbucaqlılar), 4 әl trafareti; böyük hürgüclü bizonların, üzbәüz dayanan bizon vә şimal maralı cütlәrinin tәsvirlәri var.
Fon-de-Qom. Qayaüstü maral tәsvirlәri.