FONENDOSKÓP (fon + ... yun. ένδον – daxili + ... skop) – tibbi cihaz; ürәk tonlarının, tәnәffüs küylәrinin vә orqanizmdә әmәlә gәlәn digәr sәslәrin auskultasiyası üçün istifadә olunur. F. ancaq binaural (ucları qulaqlara taxılan iki borudan ibarәt) olur vә elastik (yumşaq) stetoskopdan dinlәnilәn sәslәri güclәndirmәk üçün sәstutucu kameranın pәrdә ilә örtülmәsilә fәrqlәnir.