FONETİK QANUNLAR, s ә s q a n u n l a r ı – dilin sәs vahidlәrinin hәm sabit saxlanmasını, hәm dә müntәzәm dәyişmәsini, onların әvәzlәnmәsi vә birlәşmәsini idarә edәn dilin sәs materiyasının işlәnmә vә inkişaf qanunları. Fonetik hadisәlәr dildә daimi xarakter aldıqda F.q.-a çevrilir. Müasir Azәrb. dilindә assimilyasiya, dissimilyasiya, proteza, eliziya, metateza fonetik hadisәlәri mövcuddur. Bu fonetik hadisәlәrin bәzisi әsasında formalaşan vә sabitlәşәn F.q. sistemi ümumilәşmiş halda ahәng qanunu adlanır. İltisaqi dillәrdә, xüsusәn türk dillәrindә vә o cümlәdәn Azәrb. dilindә ahәng qanununa görә sözün tәrkibindә olan sait sәslәr hәmahәnglәşir. Söz köklәrindә sәslәrin assimilyasiyası hadisәsi hәm saitlәrdә, hәm dә samitlәrin bir çoxunda, elәcә dә sait vә samitlәrin münasibәtindә müәyyәn şәkildә tәzahür etmiş vә onun izlәri müasir türk dillәrindә, o cümlәdәn Azәrb. dilindә qalmaqdadır. Bunların nümunәlәrini Orxon-Yenisey abidәlәrindә, uyğur dilindә yazılmış ilk mәnbәlәrdә, hәmçinin müasir türk dillәrinin bir çoxunun orfoqrafiya qaydalarında müşahidә etmәk mümkündür.
Əd.: D ә m i r ç i z a d ә Ə. Müasir Azәrbaycan dili. Fonetika, orfoepiya, orfoqrafiya. B., 2007.