Azərbaycan Milli Ensiklopediyası
IX CİLD (FEDİNQ - EMİN)
    FONÉTİKA 

    FONÉTİKA – dilin sәs quruluşunu öyrәnәn dilçilik şöbәsi. Digәr dilçilik fәnlәrindәn fәrqli olaraq, F. öz obyektinin tәkcә dil funksiyasını deyil, hәm dә tәlәffüz aparatının fәaliyyәtini, eyni zamanda sәs hadisәlәrinin akustik xüsusiyyәtlәrini vә dil daşıyıcıları tәrәfindәn qavranılmasını tәdqiq edir. Müasir F. nitq sәslәrindә 4 cәhәt ayırd edir: funksional, artikulyator, akustik, perseptiv. F., bir tәrәfdәn, nitqin yaranması vә qavranılmasının anatomiyası vә fiziologiyası, digәr tәrәfdәn isә nitqin akustikası kimi qeyri-linqvistik fәnlәrlә әlaqәlidir. Bütövlükdә dilçilik kimi, F. da psixologiya ilә bağlıdır, çünki nitq fәaliyyәti insanın psixi fәaliyyәtinin bir hissәsidir.

    Qeyri-linqvistik fәnlәrdәn fәrqli olaraq, F.-da sәs hadisәlәri söz vә cümlәlәri materiya sәs formasında ifadә edәn dil sistemi ünsürlәri kimi nәzәrdәn keçirilir.

    F.-nın ümumi vә xüsusi olmaqla 2 növü var. Ü m u m i  F. insanın tәlәffüz aparatının imkanlarına әsaslanaraq, sәsin yaranmasının ümumi şәrtlәrini öyrәnir, hәmçinin sәs vahidlәrinin akustik xüsusiyyәtlәrini, onların spektral cәhәtlәrini tәhlil edir. Ümumi F. hәm dә sәslәrin birlәşmәsi qanunauyğunluqlarını, qonşu sәslәrdәn birinin xüsusiyyәtlәrinin digәrinә tәsirini, koartikulyasiyanı; hecanın mahiyyәtini, sәslәrin hecada birlәşmәsi qanununu vә hecalara bölünmәyә sәbәb olan amillәri; sözün fonetik tәşkilini, o cümlәdәn vurğu vә sinharmonizmi tәdqiq edir; intonasiya üçün istifadә olunan vasitәlәri öyrәnir.

    X ü s u s i  F.-da bütün göstәrilәn problemlәr müәyyәn konkret dilә әsasәn, bu vә ya digәr fonetik hadisә, yaxud vahidlәrin yerinә yetirdiyi funksiyalar cәhәtdәn nәzәrdәn keçirilir. Müәyyәn dil vә ya dil qruplarının sәs quruluşunun inkişafını öyrәnәn xüsusi F. tәsviri vә ya sinxron, tarixi vә ya diaxronik ola bilәr.

    F.-da eksperimental metodlar geniş tәtbiq olunur; 1980-ci illәrdәn kompüterlәrdәn istifadә edilir.

    F. müxtәlif sahәlәrdә – yazının (qrafika vә orfoqrafiya) tәkmillәşdirilmәsindә, xüsusilә qeyri-ana dildә düzgün tәlәffüzün öyrәnilmәsindә, nitq qüsurlarının düzәlişinin diaqnostikasında (loqopediyasurdopedaqogika) tәtbiqi әhәmiyyәtә malikdir.

    Nitq sәslәrinin yaranma mexanizminin öyrәnilmәsinә 17 әsrdә başlanılmışdır; 18 әsrin sonlarında әsası H.Kratsenşteyn (Almaniya, Rusiya) tәrәfindәn qoyulmuş saitlәrin akustik nәzәriyyәsini 19 әsrin ortalarında H.L.F.Helmholts inkişaf etdirmişdir. 19 әsrin ortalarına doğru sәsdüzәltmәnin anatomiyası vә fiziologiyası sahәsindәki tәdqiqatları E.V.Brükke (Almaniya) ümumilәşdirmişdir. Dilin sәs quruluşunun dilçilik nöqteyi-nәzәrindәn onun bütün bölmәlәrindә öyrәnilmәsi ilk dәfә alman dilçisi E.Ziversin “Grundzüge der Lautphysiologie” (1876; 2-ci nәşri “Grundzüge der Phonetik” adı ilә 1881) әsәrindә tәqdim olunmuşdur. F.-nın inkişafında H.Suit, O.Yespersen, M.Qrammon vә b.-nın әsәrlәri mühüm rol oynamışdır. Ümumi F.-nı İ.A.Boduen de Kurtene, V.A.Boqoroditski, L.V.Şerba vә b. zәnginlәşdirmişlәr. Azәrb. dilçilәrindәn Ə.DәmirçizadәA.Axundov F. sahәsindә çalışmışlar.

    Əd.: V e r d i y e v a  Z. Eksperimental fonetika. B., 1981; Axundov A. Azәrbaycan dilinin fonetikası. B., 1984; D ә m i r ç i z a d ә Ə. Müasir Azәrbaycan dili. Fonetika, orfoepiya, orfoqrafiya. B., 2007; З и н д е р Л.Р. Общая фонетика и избранные статьи. 2-е изд. М., СПб., 2007; Р е ф о р м а т с к и й  А.А. Введение в языковедение. 5-е изд. М.,2008.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
FEDİNQ – EMİN