FONLAR, d a h o m e y a l ı l a r, ş ә r q i e v e l ә r, c e c i l ә r (özlәrini f o, f o n a v o adlandırırlar) – Beninin c.-unda (ölkәdә әn iri etnik birlik; әsasәn, Zu, Atlantika vә Littoral dep-tlәrindә) vә Nigeriyanın c.-q.-indә (Oqun vә Laqos ştatlarında) kvalar qrupundan xalq. Sayları 3,5 mln. nәfәrdir (2016). F.-a mahilәr, yaxud mahelәr (0,3 mln. nәfәr, әsasәn, Kollin dep-tindә) yaxındırlar. F.-ın 65 min vә mahilәrin 50 min nәfәri Toqonun c.-unda Plato vil.-ndә, F.-ın 20 min nәfәri Qabonda, 15 min nәfәri Qanada yaşayır. Kva dillәrinin qbe qoluna mәnsub fon (fonqbe) dilindә danışırlar; yazıları latın qrafikası әsasındadır. Fransız dili dә yayılmışdır. Ənәnәvi dini inanclarını saxlamışlar, xristianlar vә müsәlmanlar da var.
Fonlar: 1 – kral adamlarının, yaxud nәcib insanların geyimi (ipәk, pambıq). 19 әsrin sonları; 2 – önlük (bel sarğısı) üzәrindә applikasiya (balıqqulağı, molyusklar, metal, şüşә muncuq, kalebas); 3 – hökmdar әsası (taxta vә bürünc).
F. Dahomeyanın etnik әsasını tәşkil etmişlәr; qul F.-ın nәsillәri bir çox Amerika xalqının tәrkibinә daxil olmuşlar. Ənәnәvi mәdәniyyәtlәri Qәrbi Afrikanın Qvineya yarımvilayәtinin xalqları üçün sәciyyәvidir. Əsasәn, toxa әkinçiliyi (maniok, yams, qarğıdalı, yağ palması, kakao) ilә mәşğuldurlar. Ənәnәvi evlәri ikiyamaclı damı olan düzbucaqlı möhrә evlәrdir. Ənәnәvi sosial tәşkilatlanma icma birliklәrinә, kәnd vә böyükailәli icmalara, qohumluğu ata xәtti üzrә hesablanan qәbilәlәrә әsaslanır; poliginiya, sororat vә levirat yayılmışdır. Kalebasların naxışlarla bәzәdilmәsi, ağacdan boçio ayin fiqurlarının oyulması saxlanılmışdır; Dahomeya sarayında ağac üzәrindә oyma (zoomorf ucluqlu hökmdar әsaları sәciyyәvidir), dәmirdöymә, tunctökmә, fil dişi üzәrindә oyma, parça üzәrindә aplikasiya inkişaf etmişdi. Zәngin folklorları (әsatirlәr, nağıllar, tarixi әfsanәlәr vә s.) mәlumdur. Ənәnәvi inancları olan ruhlara (vodun; bax hәmçinin Vudu) sitayiş yorubaların dini tәsirinә mәruz qalmışdır. Baş allahları vә ulu әcdadları Mavu-Lizadır (yaxud Mavu vә Liza әkizlәri). Ayinlәri cәzbә düşәn kahinlәr icra edirlәr. Pitonlar kultu yayılmışdır.