FONÓQRAF ( fon + ...qraf) – mexaniki sәsyazma vә yazını yenidәn sәslәndirmәk üçün cihaz. 1877 ildә T.A.Edison ixtira etmişdir. 20 әsrin 30-cu illәrinә qәdәr F. diktofon kimi işlәdilirdi. F. әsasında yaradılmış qrammofon vә patefonu 20 әsrin 40– 50 illәrindәn sonra elektrofon vә maqnitofon sıxışdırıb aradan çıxarmışdır.