Azərbaycan Milli Ensiklopediyası
IX CİLD (FEDİNQ - EMİN)
    FONOLÓGİYA 

    FONOLÓGİYA ( fon...+...logiya) – dilin müasir vәziyyәtdә (sinxronik F.) vә tarixәn (diaxronik vә ya tarixi F.) sәs quruluşunu öyrәnәn dilçilik bölmәsi. Nitqi akustik-artikulyasiya cәhәtdәn öyrәnәn fonetikadan fәrqli olaraq, F. sәs vahidlәrinin funksional xüsusiyyәtlәrini araşdırır. Dilçiliyin digәr sahәlәrini ifadә edәn terminlәr (“qrammatika”, “morfologiya”, “sintaksis”) kimi, “F.” termini dә eyni zamanda dil sisteminin müәyyәn fraqmentini bildirir, yәni, hәm tәdqiqat obyektinә, hәm dә onun elmi modelinә aid edilir.

    F. üç mühüm funksiyanı (distinktiv, delimitativ, kulminativ) yerinә yetirәn dilin sәs elementlәrinin fәrqli vә oxşar cәhәtlәrini öyrәnir. Onlardan әn mühümü d i s t i n k t i v  f u n k s i y a d ı r. O, dilin mәnalı vahidlәri olan söz vә morfemin fonetik tanınması vә semasioloji oxşadılması (fәrqlәndirilmәsi) ilә bağlıdır. D e l i m i t a t i v (ayırıcı) f u n k s i y a  söz vә morfemlәrin hüdudlarının ayırd edilmәsi ilә bağlıdır. Kul minativ funksiya sözün bütövlüyünü vә vurğulanmasını tәmin edir: bu, vurğu vә ya sinharmonizm sayәsindә әldә olunur.

    F. sәs quruluşunun iki yarımsәviyyәsinә aid olan hadisәlәri әhatә edir. S e q m e n t   s ә v i y y ә s i  ikiqat linqvistik parçalanma әsasında ayrılan [mәzmun planına (cümlә – sintaqm – söz forması – morfem – fonem) vә ifadә planına [fraza – fonetik söz (nitq taktı) – heca – sәs] söykәnәn] vahidlәri әhatә edir. Seqment sәviyyәsinin әsas vahidi nitqdә konkret sәslәr (allofonlar) şәklindә tәzahür edәn fonemdir. Digәr dil vahidlәri kimi, fonemlәr dә 2 üsulla – sistemdә vә mәtndә mövcud olur. Bununla әlaqәdar fonoloji paradiqmatika vә fonoloji sintaqmatika fәrqlәnir.

    F o n o l o j i  p a r a d i q m a t i k a n ı n mәrkәzi anlayışı fonemlәrin müxalifliyi, fonoloji s i n t a q m a t i k a n ı n mәrkәzi anlayışı isә semioloji vә fonasiya vahidlәrinin tәrkibindә fonemlәrin mövqeyidir: birincilәr (morfemlәr) fonemlәrin semiotik fәaliyyәtinin konteksti, ikincilәr isә (fonetik söz, heca) onların fiziki reallaşdırılmasının kontekstidir.

    F.-da, onun digәr dilçilik bölmәlәri arasındakı statusu mübahisәli olaraq qalır. Bir sıra mәktәb vә cәrәyanlar [London mәktәbi, Leninqrad (S.-Peterburq) fonoloji mәktәbi, amerikan deskriptiv dilçiliyi] üçün F. avtonomdur, digәrlәri (Moskva fonoloji mәktәbi, generativ dilçilik) üçün isә bu vә ya digәr dәrәcәdә qrammatikadan asılıdır; F.-nın avtonomluğunun qәbul edilmәsi özünün vahidi – morfonemi olan xüsusi morfonologiya bölmәsinin ayrılmasına gәtirib çıxarmışdır.

    F.-nın yaranması vә inkişafında İ.A.Boduen de Kurtene, L.V.Şerba, R.O.Yakobson vә b. mühüm rol oynamışlar. F. müstәqil fәnn kimi qәti olaraq 1930-cu illәrdә Avropada (Praqa dilçilik mәktәbi, D.Counzun London mәktәbi) vә ABŞ-da (deskriptiv dilçilik bölmәsi kimi) formalaşmışdır.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
FEDİNQ – EMİN