Azərbaycan Milli Ensiklopediyası
IX CİLD (FEDİNQ - EMİN)
    FONON 

    FONON – kristal qәfәsdә atomların (ionların) vә molekulların rәqslәrinә uyğun olan kvazizәrrәcik (bax Kristal qәfәsin rәqslәri). F.-un enerjisi ℇ = ħω (k), kvazimpulsu p = ħk-dır, burada ω – atomların rәqs tezliyi, k – kvazidalğa vektorudur. Kristalın rәqs enerjisi tәxminәn F.-ların enerjilәrinin cәminә bәrabәrdir. İstilik F.-larının sayı çox olduqca, T temp-ru da yüksәk olur. ℇ enerjili verilәn tip F.-ların orta sayı (ñ) Plank düsturu ilә tәyin edilir:
                                    ñ (ℇ ) = 1 ⁄ (екТ –1).

    Bu düstur qazın kimyәvi potensialı μ = 0 olduqda (bax Statistik fizika) Boze–Eynşteyn statistikasına tabe olan qaz zәrrәciklәrinin energetik paylanması ilә üst-üstә düşür. Bu onu göstәrir ki, F.– bozonlardır, μ = 0 isә onun nәticәsidir ki, F.-ların Nf sayı kristalda saxlanmır vә temp-rdan asılıdır. Kristal cismin istilik tutumu praktiki olaraq F. qazının istilik tutumu ilә üst-üstә düşür, kristalın istilikkeçiriciliyini F. qazının istilikkeçiriciliyi kimi tәsvir etmәk olar.

    F.-lar bir-biri ilә, digәr kvazizәrrәciklәrlә (keçiricilik elektronları ilә, maqnonlarla vә s.) vә hәmçinin kristal qәfәsin defektlәri ilә (vakansiyalarla, dislokasi- yalarla, kristallitlәrin sәrhәdlәri ilә vә s.) qarşılıqlı tәsirdә olur. F-larla qarşılıqlı tәsir zamanı keçirici elektronların sәpilmәsi kristal naqillәrin elektrik müqavimәtinin әsas mexanizmidir. Elektronlar F.-ları şüalandıraraq vә udaraq bir-birini cәzb edir. Aşağı temp-rlarda bu, bir çox metallar üçün ifrat keçiriciliyә gәtirir.

    Kvant mayesinin rәqsi hәrәkәtini tәsvir edәn ifrataxıcı heliumda elementar hәyәcanlanmalara uyğun olan kvazizәrrәciklәr dә F. adlanır (bax İfrat axıcılıq). He-da F.-lar hәqiqi impulsla (kvaziimpulsla deyil) xarakterizә olunur, belә ki, onlar bircins izotrop mühitin hәyәcanlanmış halını tәsvir edir (bax hәmçinin Roton).

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
FEDİNQ – EMİN