Azərbaycan Milli Ensiklopediyası
IX CİLD (FEDİNQ - EMİN)
    FONTÁN ÜSULU İLƏ NEFTÇIXARMA 

    FONTÁN ÜSULU İLƏ NEFTÇIXARMA – neft yataqlarından neftin (qaz-kondensatın) quyularda hasilatı üsulu. Neft fontan quyularının dibindәn yer sәthinә lay enerjisinin tәsirilә (mayenin vә qazın potensial enerjisi neftdәn ayrılır) qaldırılır. F.ü.n.-da istismarın 2 üsulu var: tәbii fontan üsulu (maye vә ya qarışıq yalnız tәbii enerjı hesabına qaldırılır; az tәtbiq olunur) vә süni fontan üsulu (süni, yaxud tәbii vә süni enerji hesabına). Tәzyiq enerjisi şәklindә olan süni enerji laylara maye vә qaz agentlәrin vurulması ilә verilir; bu zaman daxil olan enerjinin quyular üzrә paylanması bilavasitә layda baş verir. Fontan quyularına istismardan әvvәl fontan boruları kәmәri endirilir, sonra quyu ağzında fontan armaturu quraşdırılır. Boruların diametri gözlәnilәn debitdәn, tәzyiq, quyunun dәrinliyi, istismar şәraiti vә qoruyucu kәmәrin diametrindәn asılı olaraq seçilir. Quyulardan F.ü.n. maye sәviyyәsinin vә sıxlığının azaldılması hesabına lülәdәki maye sütunun tәzyiqinin aşağı salınması yolu ilә aparılır. Sıxlığı azaltmaq üçün isә ağır qazıma mәhlulu ardıcıl olaraq duzlu su, adi su vә neftlә qarışdırılır, hәmçinin maye qazlaşdırılır. Fontan quyusunun istismarı sәthi vә dәrinlik ştuserlәrinin (deşiklәri olan diafraqmalar) kömәyilә tәnzimlәnir; quyunun işlәmә rejimi (neft, qaz vә mayenin debiti, quyudibi vә quyuağzı tәzyiq) quyunun öz xarakteristikalarından, ştuserdәn vә neftyığma sistemindәki tәzyiqdәn vә s. asılıdır. Quyunun xarakteristikalarının tәyini vә istismar rejimlәrinin әsaslandırılması mәqsәdilә F.ü.n.-da quyuda xüsusi tәdqiqatlar aparılır.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
FEDİNQ – EMİN