FONTANEZİYA (Fontanesia) – zeytunkimilәr fәsilәsindәn bitki cinsi. Hündür, yarpağıtökülәn, sadә qarşılıqlı yarpaqları olan kollardır. Çiçәklәri qısa süpürgәvarı çiçәk qrupunda toplanmış, xırda, ağ vә ya yaşılımtıldır. Meyvәlәri 1–2 toxumlu fındıqdır. Cinsdә 2 növ var: Qәrbi Asiya vә Siciliyada bitәn F. (F. phillyreoides) vә Çindә bitәn F. forçuna (F. fortunei). Hәr iki növ Qafqaz, o cümlәdәn Azәrb.-da bәzәk bitkisi kimi becәrilir.
Fontaneziya forçuna (F. fortunei) kolu vә çiçәkli budağı.
Əd.: Деревья и кустарники СССР, т. 5.Деревья и кустарники СССР, т. 5.