FONTENBLÓ (Fontainebleau) – Fransada, Parisdәn 60 km c.-ş.-dә şәhәr. Əh. 14,8 min (2013).
Fontenblo qәsri.
Ovçu qәsri kimi 1137 ildәn mәlumdur. Fransa krallarının şәhәrkәnarı iqamәtgahı olmuşdur (1160–1870). 1814 il aprelin 4-dә I Napoleon F. sarayında taxt-tacdan imtina etmişdir. 1949–66 illәrdә NATO-nun mәnzil-qәrargahı F.-da yerlәşirdi. I Fransiskin dövründә burada Fontenblo mәktәblәrinin formalaşdığı Renessans üslublu saray inşa olunmuşdur. Sarayda tikinti vә yenidәnqurma işlәri II Henrix, Yekaterina Mediçi, IV Henrix dövrlәrindә vә 17–19 әsrlәrdә davam etdirilmişdir.
5 hәyәti olan saray (qәsr) 1528–44 illәrdә, (memarlar J.Lebreton, P.Şambij vә b., 16 әsrin ortalarından isә F. Delorm, J.Büllan vә b.) inşa olunmuşdur. Sarayın ş. hissәsindә Müq. Lüdovik donjonu (1169), Qızıl qapılar, Bal zalı (layihә 1541, memar S.Serlio; dekor 1552–56, F. Primatiçço, Nikkolo del’ Abbate), Müq. Saturninin iki kapellası (1545–50-ci illәr), XIII Lüdovikin yataq otağı (1642; 1804 ildәn taxt-tac zalı), Şura kabineti (1751–54, F.Buşe, K.Vanloo vә b.-nın rәngkarlıq işlәri); kral pillәkәni (1748–49, memar J.A.Qabriel), Oval hәyәti (1528 ildәn, memar J.Lebreton) әhatә edәn kralların, Mariya Antuanettanın (1777–87) apartamentlәri; Buxarı korpusu (1568, Prima-tiçço; 18 әsrin ortalarından teatr); Xidmәt (1606–09, R.Kollan) vә Şahzadәlәr (1737–38; 17 әsrin әvvәllәrinә aid 80 m-lik Diana qalereyası ilә) hәyәtlәri; q. hissәsindә (13 әsr trinitarlar abbatlığının yerindә) isә hersoginya d’ Etanın otaqları (1541–44; Primatiçço, Nikkolo del’ Abbatenin tәrtibatı), Müq. Üç üqnum kapellası, top oyunları zalı, “Nal” pillәkәni (1632–34, memar Jan I Andrue Düserso) ilә birlikdә Ag at hәyәtini әhatә edәn Nazirlәr (hamısı 16 әsr), XV Lüdovik (1738–41, memar J.Qabriel; III Napoleon teatrı ilә 1854–57; I Napoleon muzeyi, 1986 ildә açılmışdır) vә Qronun (1750–54, memar J.A.Qabriel) korpusları yerlәşir. I Fransiskin qalereyası (1528–31) ş. vә q. hissәlәrini Fәvvarә hәyәtlә birlәşdirir. Sarayın yanında Diananın bağı (16– 17 әsrlәr; Diananın heykәli ilә fәvvarә – 1684), Böyük parter (1660–64, memarlar A.Lenotr vә L.Levo), Karp gölü (16 әsrin sonu; adada pavilyon – 1664, Levo), park (17 әsr; kanal, mühәndis T.Françini), ingilis bağı (1810–12; Blio fәvvarәsi, 17 әsr) var. Saray-park ansamblı (Fontenblo Milli Muzeyi, 1927) Ümümdünya irsi siyahısına daxil edilmişdir.
Şәhәrdә hәmçinin Müq. Lüdovik kilsәsi (1611–14), incәsәnәt vә hәrb tarixi muzeyi; F. meşә massivi (tәqr. 25 min ha), ippodrom (1776) var. Turizm mәrkәzidir.
F. yaxınlığındakı Barbizon k.-dә Barbizon mәktәbi rәssamlarından K.Koro, J.F.Mille, T.Russo vә b.-nın ev-muzeylәri yerlәşir.