Azərbaycan Milli Ensiklopediyası
IX CİLD (FEDİNQ - EMİN)
    FONTENBLO MƏKTƏBLƏRİ

    FONTENBLO MƏKTƏBLƏRİ, b i r i n c i   və i k i n c i - incəsənətin müxtəlif növlərində əsərlər yaratmış rəssam və memarlardan ibarət qruplar, həmçinin Fontenbloda 1530-cu illərdən 17 əsrin əvvəllərinədək kral qəsrinin (sarayının) inşası və bədii tərtibatı gedişində formalaşmış xüsusi üslub. F.m. fransız İntibahının mühüm hadisəsidir. Fransa kralı I Fransiskın sifarişi ilə qəsrin interyerlərinin tərtibatı üçün italyan ruhunda işlənib hazırlanmış geniş ikonoqrafik və bədii proqram hazırlanmışdı; onu həyata keçirmək məqsədilə italyan manyerizminin görkəmli nümayəndələri (rəssamlar Rosso Fyorentino, F.Primatiçço, Nik­kolo del’Abbate, heykəltəraş B.Çellini, memar S.Serlio, ağac üzərində oymaçı F.Şibek da Karpi) dəvət olunurdular. Onlar fransız (A.Karon) və niderlandlı (L.Tiri) sənətkarlarla işləmiş, b i r i n c i Fontenblo məktəbini yaratmışlar. F.m.-nin ən səciyyəvi xüsusiyyətləri özünü interyer dekorunda göstərir: burada stukkodan düzəldilmiş yapma və relfeflər freska boyakarlığı, zər və oyma ağac panellər ilə birlikdə təqdim olunur. F.m.-nin mühüm tərkib hissəsi qravüra emat atxanası idi (1542-47; sənətkarlar A.Fantussi, L.Davan, R.Milan və b.). Emalatxanada Rosso Fyorentino, Primatiçço və Culio Romanonun kompozisiyaları əsasında fövri ofortlar, həmçinin kəski qravüraları yaradılırdı. Qravüralar sayəsində 1530-1550-ci illər F.m.-nin saray üslubu dekorativ-tətbiqi sənətin müxtəlif növlərinə (zərgərlik bəzəkləri, mebel, yemək dəstləri, divar kağızları, ornament) uyğunlaşdırılmış, həmçinin 16 əsrin 2-ci yarısı fransız incəsənətində qəsr xaricində yayılmışdı (heykəltəraş P.Bontanın, rəssam Böyük J.Kuzenin yaradıcılığı, Ekuan qəsrinin interyerləri və s.). Birinci Fontenblo məktəbinin üslubunu bərpa etmək cəhdləri kral IV Henrixin dövründə olmuşdur. 1590-1620-ci illərin bu retrospektiv hadisəsi i k i n c i   F o n ­ t e n b l o   m ə k t ə b i  adını almışdır.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
FEDİNQ – EMİN