Azərbaycan Milli Ensiklopediyası
IX CİLD (FEDİNQ - EMİN)
    FONTÉYN 

    FONTÉYN Marqo (әsl adı vә soyadı Marqaret Hukem, Hookham) (18.5.1919, Raygit – 21.2.1991, Panama) – Britaniya balerinası. Şanxay vә Londonda, 1934 ildәn “Sedlers-Uells balle” (London, indiki Kral baleti) mәktәbindә tәhsil almış, sәhnәyә ilk çıxışı da bu truppa ilә olmuşdur (1935 ildәn aparıcı solist, 1974 ildәn qastrol artisti kimi fәaliyyәt göstәrmişdir). Xoreoqraf F.Aştonla uzun müddәt әmәkdaşlıq etmәsi (“Pәrinin öpüşü”, İ.F.Stravinski; “Dante sonatası”, F.Listin musiqisi әsasında; “Noktürn”, F.Dilius; “Simfonik variasiyalar”, S.Frankın musiqisi әsasında vә s.) F.-in sәnәtkar kimi formalaşmasına tәsir göstәrmişdir. R.Peti (Pişik – “Gecә qızları”, J.Franse; Yeva – “İtirilmiş cәnnәt”, M.Konstan; Melizanda – “Pelleas vә Melizanda”, A.Şönberqin musiqisi әsasında), K.Makmillan (Cülyetta – “Romeo vә Cülyetta”, S.S.Prokofyev), C.Kranko (Qadın – “Ekstaz poeması”, A.N.Skryabinin musiqisi әsasında) vә b.-nın balet tamaşalarında әsas partiyaları ifa etmişdir. 1960-cı illәrin әvvәllәrindәn (15 ildәn çox R.X.Nuriyevin daimi partnyoru olmuşdur (Aşton 1963 ildә bu mәşhur duet üçün Listin musiqisi әsasında “Marqarita vә Arman” baletini hazırlamışdır). Digәr rolları arasında: Jizel (“Jizel”, A.Adan), Avrora vә Odetta – Odilliya (“Yatmış gözәl” vә “Sonalar gölü”, P.İ.Çaykovski) vә s. var. 1979 ildә E.Elqarın musiqisi әsasında Aştonun balerinanın 60 illik yubileyinә hazırladığı “Marqo Fonteynin şәrәfinә” tamaşasında çıxış etmişdir. 1954 ildәn Kral Rәqs Akademiyasının (London) prezidenti olmuşdur. 1956 ildә Britaniya imperiyasının ordeni ilә tәltif edilmişdir.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
FEDİNQ – EMİN