FONVİZİN Denis İvanoviç (14.4.1743, yaxud 1745, Moskva – 12.12.1792, S.-Peterburq) – rus yazıçısı, dramaturq, tәrcümәçi. Rusiya akademiyasının üzvü (1783). Rus әdәbiyyatında maarifçi realizmin görkәmli nümayәndәsi, milli komediyanın banisidir. Alman әsilli zadәgan ailәsindә doğulmuşdur (soyadı 19 әsrin ortalarınadәk fon Vizin olmuşdur). 1755–60 illәrdә Moskva un-tinin gimnaziyasında, 1761–62 illәrdә isә hәmin un-tin fәlsәfә fakültәsindә tәhsil almışdır. Ədәbi yaradıcılığa tәhsil illәrindә başlamış, L.Holberqin “Nәsihәtamiz tәmsillәr”ini (1761; 2-ci nәşri 1765), M.F.A.Volterin “Əlzirә, yaxud Amerikalılar” faciәsini (1761, yaxud 1762, nәşri 1888) tәrcümә etmişdir. “Nadan övlad” (tamaşası 1782, nәşri 1783) komediyalarının müәllifidir. 18 әsr rus әdәbiyyatının bәdii nailiyyәtlәrindәn olan “Nadan övlad” komediyasını A.S.Puşkin vә V.Q.Belinski “xalq komediyasi” adlandırmış, onu A.S.Qriboyedovun “Ağıldan bәla” vә N.V.Qoqolun “Müfәttiş” komediyaları ilә bir sırada qiymәtlәndirmişlәr. Ömrünün sonlarına yaxın “Mәnim işlәrimin vә niyyәtlәrimin sәmimi etirafı” (1791–92; ixtisarla nәşri 1798, tam nәşri 1830) avtobio qrafik әsәrini vә tәrbiyә problemlәrinә hәsr etdiyi “Mürәbbi seçimi” (“Hofmeyster”) adlı sonuncu pyesini (1790–92 illәr arasında) yazmışdır.
Ə s ә r l ә r i: Komediyalar. B., 1949; Избр., М.,
1983.