Azərbaycan Milli Ensiklopediyası
IX CİLD (FEDİNQ - EMİN)
    FORAMİNİFERLƏR 

    FORAMİNİFERLƏR (Foraminifera) – sәrbәst yaşayan protistlәr; amöblәr, radiolyarilәr vә heliozoylarla birlikdә morfoloji qrup tәşkil edirlәr; ümumi әlamәtlәri psevdopodilәrdir. Bentos F.-i Kembridәn, plankton F.-i Yura dövründәn mәlumdur. Filogenetik cәhәtdәn Akantarilәrә vә polisistinlәrә yaxındırlar. 4000-әdәk müasir vә 30 minәdәk qazıntı növü var. F.-in psevdopodilәri (retikulopodilәr) nazik, çox budaqlanan vә öz aralarında anastomozlaşandır. Retikulopodilәrin kömәyilә F. qidalanır, hәrәkәt edir, çanağını qurur vә s. Bir çox F.-in bәdәni psevdopodilәr üçün ağızcıqla tәchiz olmuş, oksigenin diffuziyası vә metabolizm mәhsullarının xaric olması üçün mәsamәlәri olan yumşaq (üzvi) vә ya bәrk (әhәngdәn vә ya bir-birinә yapışmış qum dәnәciklәrindәn) çanaqda olur. F.-in çanağının ölçülәri 0.05-1 mm-dir, lakin korall riflәrindә çanaqları 5 vә hәtta 20 sm-ә çatan müasir vә qazıntı formaları mәlumdur. Çanaqları formalarına görә müxtәlifdir: birkameralı kürәşәkilli vә çubuqşәkillidәn çoxkameralı mürәkkәbburulmuşa qәdәr. Növbәti kameraların artması ilә әvvәlki ağızcıq qonşu kameraların boşluqlarını (adı da buradandır) birlәşdirәn dәliyә (foramen) çevrilir. Hәyat tsiklindә haploid vә diploid nәsillәr növbәlәşir. Bakteriya, mikroskopik yosunlar, xırda onurğasızlarla qidalanırlar. F.-in böyük әksәriyyәti dәniz sakinlәridir, lakin az tәdqiq olunmuş şirinsu vә torpaq növlәri dә mövcuddur. Okean dibindә vә planktonda çoxsaylıdırlar. Plankton F.-in növ müxtәlifliklәri çox deyil (50-әdәk), lakin onların sayı xeyli çoxdur. F.-in skeletlәri әhәng qalıqlarının qalın layını formalaşdırır.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
FEDİNQ – EMİN