“FORBS” (“Forbes”) – ABŞ-da nәşr olunan iqtisadi jurnal, maliyyә vә işgüzar hәyat sahәsindә dünyanın әn nüfuzlu dövri nәşrlәrindәn biri. 1917 ilin payızında Nyu-Yorkda jurnalistlәr B.Ç.Forbs vә U.Drey tәrәfindәn tәsis edilmişdir. Jurnal әvvәlcә biznesin aparılmasına dair mәlumatlar, sonralar isә müxtәlif mövzular (maliyyә, sәnaye, elm, investisiya fәaliyyәti, marketinq, innovasiya texnologiyaları, hәmçinin uğur qazanmış şirkәtlәr vә sahibkarlar haqqında mәlumatlar) üzrә mәqalәlәr dәrc etmişdir. Jurnal öz reytinq vә siyahıları, әsasәn dә dünyanın әn zәngin insanlarının siyahısı ilә (1980-ci illәrdәn etibarәn müxtәlif formatlarda dәrc olunur) populyarlıq qazanmışdır. “Forbes Inc.” şirkәtinә mәxsusdur, hәmçinin ayrıca “Forbes.Life” vә “Forbes. Woman” jurnalları da nәşr olunur. “F.”-un regional versiyaları bir çox ölkәdә buraxılır: Yaponiyada (1992 ildәn), Koreya Resp.-nda (2003 ildәn), Çindә (2003 ildәn), Rusiyada (2004 ildәn), Meksikada (2012 ildәn), Avstriyada (2015 ildәn) vә s. Jurnalın ingilis dilindә variantı iki hәftәdә bir, regional buraxılışları isә ayda bir dәfә nәşr edilir. “F.”-un ingilis dilindә tirajı tәqr. 925 min nüsxәdir (2016).