Azərbaycan Milli Ensiklopediyası
IX CİLD (FEDİNQ - EMİN)
    FORD Con

    FORD Con (әsl adı vә soyadı Şon Aloizius O’Firna, yaxud O’Fini) (1.2.1895, Men ştatı, Keyp-Elizabet – 31.8.1973, Kaliforniya ştatı, Palm-Dezert) – amerikan kinorejissoru. Mәnşәcә irlanddır. 1913 ildәn Hollivudda çalışmışdır. 1940–60-cı illәrdә Amerikanın aparıcı rej.-larından biri olmuşdur; vestern janrının banisidir (“Dәmir at”, 1924; “Üç cani”, 1926; “Dilican”, 1939). Detektiv (“Polis Rili”, 1928; “Bütün şәhәr danışır”, 1935), komediya (“Çayla üzüyuxarı”, 1930), idman (“Salamlama”, 1929), hәrbi (“Qadınlarsız kişilәr”, 1930; “İtmiş patrul”, 1934), tarixi (“Şotlandiyalı Mariya”, 1936; “Gәnc mister Linkoln”, 1939), macәra (“Qasırğa”, 1937) janrlarında filmlәr çәkmişdir. “Xәbәrverәn” (1935, “Oskar” mükafatı), “Kotan vә ulduzlar” (1937) filmlәri irland inqilabi hәrәkatına hәsr olunmuşdur. “Errousmit” (1935, S.Lyuisin romanı üzrә), “Evә aparan uzun yol” (1940, Y.O’ Nilin әsәri üzrә), “Tütün yolu” (E.Kolduellin әsәri üzrә) vә “Mәnim vadim yamyaşıl idi”, R.Luellinin romanı üzrә, “Oskar” mükafatı; hәr ikisi 1941) filmlәri F.-a uğur qazandırmışdır. C.Steyn- bekin eyniadlı romanı üzrә çәkilmiş “Qәzәb salxımları” filmi (1940, “Oskar” mükafatı) Amerika kinosunda yeni mәrhәlә olmuşdur. F. 1942–44 illәrdә Amerika ordusunun kino xidmәtindә işlәmiş vә burada “Miduey uğrunda döyüş” (1942, “Oskar” mükafatı), “Gecә yarısı sahildәn ayrılırıq” vә “7 dekabr” (Q.Tolandla birgә, “Oskar mükafatı; hәr ikisi 1943) vә s. sәnәdli filmlәr çәkmişdir. “Serjant Ratlec” (1960), “Liberti Velansı güllәlәyәn adam” (1962) vә “Çeyenlәrin payızı” (1964) filmlәri F.- un yaradıcılığında xüsusi yer tutur. Digәr filmlәri: “Mәnim әziz Klementinam” (1946), “Apaçi fortu” (1948), “Rio-Qrande” (1950), “Sakit adam” (1952, Venesiya Beynәlxalq kinofestivalının mükafatı, “Oskar” mükafatı), “Günәş parlaq işıq saçır” (1953), “Ayın doğması” (1957), “Yeddi qadın” (1966) “Çesti” sәnәdli filmi (çәkilişlәri 1968 vә 1970 illәr, ekranlara 1976 ildә çıxmışdır). 1971 ildә P.Boqdanoviç “Con Ford quruluş vermişdir” sәnәdli filmini çәkmişdir (1971; Venesiya Beynәlxalq kinofestivalının fәxri mükafatı).

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
FEDİNQ – EMİN