FORD Harrison (d. 13.7.1942, Çikaqo) – amerikan kinoaktyoru, prodüser. Riponkolleci (Viskonsin ştatı) bitirdikdәn sonra 1964 ildә Los-Ancelesә köçmüş vә “Columbia Pictures”lә müqavilә bağlamışdır. 1966 ildәn filmlәrdә epizodik vә kiçik rollar oynamışdır. Rej. C.Lukasla tәsadüfәn tanış ol- muş vә “Amerika qraffitlәri” (1973) filmindә çәkilmәyә dәvәt almışdır. “Ulduz müharibәlәri” (rej. C.Lukas, 1977, 1980, 1993, 2015) vә “İndiana Cons” (rej. S.Spilberq, 1981, 1984, 1989, 2008) silsilә filmlәrindәki rollar ona dünya şöhrәti qazandırmışdır. Çәkildiyi filmlәr: “Şayloya sәfәr” (1968), “Söhbәt” (1974), “Apokalipsis bu gün” (1979), “Şahid” (1985), “Günahsızlıq prezumpsiyası” (1990), “Vәtәnpәrvәrlәrin oyunları” (1992), “Qaçaq” (1993), “Prezidentin tәyyarәsi” (1997), “K-19” (2002), “Odlu divar” (2006), “Qәti tәdbirlәr” (2010), “Paranoya” (2013), “Qarşısıalınmazlar-3” (2014), “Ülgüc üzәrindә qaçan” (2016) vә s.