FORD Henri (30.7.1863, Miçiqan ştatı, Dirborn – 7.4.1947, Miçiqan ştatı, Dirborn) – Amerika ixtiraçısı, sәnayeçisi. Fermer ailәsindә doğulmuşdur; kәnd mәktәbindә oxumuşdur. 16 yaşında evdәn qaçaraq Detroydda işlәmәyә başlamışdır. 1891–99 il- lәrdә “Edisonun elektrik kompaniyası”nda mühәndis-mexanik, sonralar baş mühәndis işlәmişdir. 1893 ildә ilk avtomobilini hazırlamışdır. 1899 – 1902 illәrdә “Detroyd avtomobil kompaniyası”nın şәriklәrindәn biri olmuş, lakin fikir ayrılığı sәbәbindәn oranı tәrk etmiş, 1903 ildә “Ford Motor Company” kompaniyasını (Ford A markalı avtomobillәri istehsal edirdi) yaratmışdır. 1908 ildәn istehsal olunan Ford T modeli şirkәtә böyük uğur gәtirmişdir. 1910 ildә F. o dövrün әn müasir avtomobil müәssisәsi olan “Haylend park” z-dunu qurmuşdur. 1913 ilin aprelindә bu z-dda konveyer üsulu ilә yığma üzrә ilk eksperiment hәyata keçirilmişdir. F. hәm avtomobil, hәm dә digәr sәnaye sahәlәrindә geniş tәtbiq tapan istehsalat, yığma vә nәqletmә sistemini (mexanizasiya, şaquli inteqrasiya, ehtiyatlara nәzarәt, kütlәvi bazarın formalaşdırılması) işlәyib hazırlamışdır. Onun kompaniyada hәyata keçirdiyi mәşğulluq mexanizmi vә sistemi işçilәrin әmәyini yüngüllәşdirmәyә, әmәk haqlarını artırmağa vә avtomobili dәbdәbә әşyasından kütlәvi mәhsula çevirmәyә imkan verdi. 1908–27 illәrdә 16,4 mln. avtomobil istehsal edildi. 1925 ildә tәşkil etdiyi vә sonralar “Ford Airveys” adlanan şәxsi aviasiya kompaniyasının ilk mәhsulu üçmühәrrikli Ford 3-AT Air Pullman olmuşdur. Sonrakı illәrdә “Tәnәkә qaz” lәqәbli Ford Trimotor, sәrnişin tәyyarәsi, üçmühәrrikli monoplan istehsal edilmişdir. F. 1930-cu illәrәdәk kompaniyanın rәhbәri olmuş, lakin hәmkarlar tәşkilatı vә şәriklәri ilә fikir ayrılığına görә işlәri oğlu Edsele hәvalә etmişdir. Oğlunun ölümündәn sonra (1943) yenidәn rәhbәrliyә qayıdan F. 1945 ildә bütün işlәri nәvәsi İkinci Henri F.-a tәhvil vermişdir. F. ABŞ-da 161 patent almışdır.
F.-un tәtbiq etdiyi konveyer yığımını mütәxәssislәr 20 әsrin dünyәvi nailiyyәtlәr siyahısına daxil etmişdir.