“FORD” (ing. Ford Motor Company) – dünya avtomobil sәnayesi liderlәrindәn olan transmilli şirkәt.. Mәnzil-qәrargahı Dirborn ş.-ndәdir (ABŞ, Miçiqan ştatı).
“Ford” şirkәtinin mәnzil-qәrargahı. Dirborn şәhәri.
1903 ildә H. Fordun da daxil olduğu 12 investor tәrәfindәn tәsis olunmuşdur. “F.” dünyada avtomobilquraşdırma konveyeri tәtbiq etmiş ilk şirkәtdir (1913). ABŞ İkinci dünya müharibәsinә qoşulduqdan sonra şirkәt Amerika ordusu üçün hәrbi yük maşınları, ciplәr, tanklar vә s. texnika buraxırdı. Hazırda minik vә kommersiya avtomobillәri, avtomobil ehtiyat hissәlәri, pikap vә keçid qabiliyyәti yüksәk olan avtomobillәr, hәrbi texnika vә s. istehsal edir.
Bütün fәaliyyәti dövründә istehsal etdiyi avtomobillәrin ümumi sayına görә “F.” dünyada 4-cü, satışı üzrә isә 2-ci; hazırda ABŞ bazarında “Ceneral Motors” vә “Toyota”dan sonra 3-cü, Avropada “Folksvagen”dәn sonra 2-ci yerdәdir (2018). Tәdqiqat vә innovasiya mәrkәzi Palo Alto ş.-ndә (Kaliforniya ştatı) yerlәşir. Dünyanın bir çox ölkәsindә (Çin, Almaniya, Kanada, Tayvan, B.Britaniya, Tailand, Türkiyә, Rusiya vә s.) istehsal, layihә vә mühәndislik müәssisәlәri var.
Şirkәtdә çalışanların ümumi sayı tәqr. 199 min nәfәrdir; dövriyyә vәsaiti 3,27 mlrd. dollar, sәhmlәrinin ümumi dәyәri 256,54 mlrd. dollar tәşkil edir. Satışdan gәlәn gәlirin 1/5-ini hәrbi texnika tәmin edir. 2017 ildә 6,6 mln. avtomobil istehsal edilmişdir. Sәhmlәri Nyu-York fond birjalarında qiymәtlәndirilir.