FOR-DE-FRANS (Fort-de-France) – Fransanın dәnizaşırı әrazisi Martinikanın inz. m. Əh. 81 min (2016). Martinika a.-nın q. hissәsindә, Karib dәnizinin For-de-Frans körfәzinin şm. sahilindә yerlәşir. Avtomobil yolları qovşağı. Dәniz portu. E. Sezer ad. beynәlxalq aeroport (1950).
For-de-Frans şәhәrindәn görünüş.
Fransa müstәmlәkәçisi J. dü Parke tәrәfindәn 1630-cu illәrdә For-Royal [Fort Royale (Kral fortu); 1807 ildәn For-de-Frans] adlı istehkam kimi salınmış, 1673 ildәn yaxınlığında şәhәrin tikintisinә başlanılmışdı. 1692 ildәn kral administrasiyası F.-de-F.-da yerlәşirdi. 18–19 әsrlәrdә sürәtlә inkişaf etmişdir. 1902 il mayın 8-dә Sen-Pyer dәniz ticarәti portunu dağıtmış Montan-Pele vulkanının püskürmәsindәn sonra adanın yeganә iri şәhәrinә çevrilmişdir.
Şәhәrdә Sen-Lui (17 әsr; yenidәn qurulmuşdur), Deze (18 әsr), Tartansоn (19 әsr) istehkamları; şәhәrin müntәzәm planlı tariхi mәrkәzindә La-Savan meydanı, çuqun karkaslı Sen-Lui kilsәsi (1895) vә V.Şölşer kütlәvi kitabхanası (әvvәlcә Parisdәki 1889 il Ümumdünya sәrgisindә pavilyоn; 1893 ildә F.-de-F.-a köçürülmüş vә yenidәn qurulmuşdur; hәr ikisi eklektizm üslubunda, memar P.A.Pik), “L’Impératrice” hоteli (1955) vә neоklassisizm üslubunda hökumәt binası (hazırda prefekturanın administrasiyası; 1923–28, memar J.Оlivye) yerlәşir.
Martinika Tәdqiqatlar İn-tu (1967), Antil Qvianası Un-tinin kampusları (F.-de-F.-da vә onun şm.-q.-ndә yerlәşәn şәhәrәtrafı Şölşerdә), bir neçә kollec, Martinika arxivi (1949); Kolumbaqәdәrki arxeologi- ya (1970), Martinikanın regional tarixi vә etnoqrafiyası (1999), tәbiyyat tarixi vә s. muzeylәr, E.Sezer ad. teatr (2009 ildәn Köhnә ratuşa binasında, 1884–1901); Botanika bağı (“Balata” bağı, 1986) var.
Futbol klubları: “Kolonial” (1906), “Qolden Star” [1919; hәr ikisi dәfәlәrlә Martinika çempionu, rәqiblәrini “Pyer-Aliker” stadionunda (1993, 18 min yer) qәbul edir] vә “Qud Lak” [2 dәfә Martinika çempionu, “Lui-Aşiy” stadionunda (1937, 9,3 min yer) çıxış edir].
Şәhәr iqtisadiyyatının әsasını xidmәt sferası tәşkil edir; aparıcı sektorları inzibati, maliyyә, nәql.-logistika xidmәtlәri, ticarәt, turizm biznesi vә hәrbi obyektlәrә xidmәtdir. Portun tәrkibinә mayedolduran, konteyner, avtomobil, kruiz vә bәrә terminalları daxildir. Deze fortunda Karib hövzәsindәki Fransa silahlı qüvvәlәrinin Baş qәrargahı, Sen-Lui fortunda isә hәrbi-dәniz bazası yerlәşir. Şәhәrdәn ş.-dә bir neçә sәnaye zonası var. Ən iri sәnaye müәssisәlәri arasında: “Société anonyme de la raffinerie des Antilles” (SARA; istehsal gücü ildә 800 min t xam neft) şirkәtinin neft emalı z-du vә “Z.A.C. Riviére Roche” şirkәtinin (qida mәhsullarının istehsalı) z-du.