FORELƏR – Papua-Yeni Qvineyada (Şәrqi yaylada) papuas xalqları qrupu. Tәrkibinә ibusalar, atiginalar, pamusalar daxildir. Sayları 20 min nәfәrdir (2010). Fore dilinin dialektlәrindә danışırlar. Dindarları, әsasәn, xristiandır; bir qismi әnәnәvi inanclarını saxlayır. Ənәnәvi mәşğuliyyәtlәri toxa әkinçiliyi (yams) vә donuzçuluqdur. Qohumluğu ata xәtti üzrә hesablanan qәbilәlәrә (klanlara), yarımqәbilәlәrә (subklanlara) vә liniclәrә bölünürlәr. Qeyri-ekzoqam fratriyalar da var. Asimmetrik krosskuzen nikah mövcuddur. Əsasәn, qadınlar arasında yayılmış endemik nevroloji kuru xәstәliyi demoqrafik disproporsiya (kişilәr 62%) yaratmış, eyni zamanda әvvәllәr mövcud olmuş poliginiyanı aradan qaldırmışdır. F.-dә hәlә 20 әsrin birinci yarısında kannibalizm mövcud idi. Folklorları saxlanılmışdır.