Azərbaycan Milli Ensiklopediyası
IX CİLD (FEDİNQ - EMİN)
    “FORER QARDAŞLARI”

    “FORER QARDAŞLARI” – 19 әsrdә Azәrb.-da fәaliyyәt göstәrmiş ticarәt firması. 1819 ildә Azәrb.-ın Yelizavetpol qub.-nda Yelenendorf (indiki Göygöl ş.) vә Annenfeld (indiki Şәmkir ş.) iki alman koloniyası salınmışdı. Alman kolonistlәrin әsas mәşğuliyyәti üzümçülük vә şәrabçılıq idi. Bu sahәdә ilk ticarәt firmalarından biri 1847 ildә alman kolonisti, iş adamı Xristofor Forer tәrәfindәn Yelenendorfda tәsis olunmuşdu. Forer hәlә 1846 ildә tәqr. 1 ha sahәdә әla növ üzüm tinglәri әkmişdi. Artıq 1860 ildә onun şәrabçılıq tәsәrrüfatı tam formalaşmışdı. 1868 ildә Forer tәrәfindәn Yelenendorfda pivә zavodu tikilmişdi. 1870 ildә onun ticarәt firması oğulları Xristofor, Fridrix, Qotlib vә Henrixin şәrәfinә “Xristofor Forer vә oğulları” adlandırılmışdı. Forer hәmçinin 1886 ildә Yelenendorfda açılan minerallaşdırılmış sular zavodunun müalicә şöbәsinin müdiri idi. 1880-ci illәrdә Yelenendorfdakı 7 un dәyirmanı, 10 meyvә-araq vә 1 pivә zavodu Forerә mәxsus idi. 1892 ildә “Forer qardaşlarının ticarәt evi” adlandırılan firma fәaliyyәtini daha da genişlәndirmiş, Azәrb.-da ilk konyak zavodunu tikdirmiş, yerli Qarabağ vә Qazax cinsli at ilxısı da almışdı. Forerlәr öz tәsәrrüfatlarında hәmçinin әt vә süd mәhsulları istehsal edirdilәr. 19 әsrin sonlarından Bakıda d.y. vağzalı yaxınlığında “F.q.” firmasının şәrab mağazası vә restoranı fәaliyyәt göstәrirdi. Firmanın әsasını qoymuş Forer şәrabçılığın inkişafına verdiyi töhfәlәrә görә 1904 ildә Rusiya imperiyasının fәxri vәtәndaşı adına layiq görülmüşdü.

    “F.q.” firmasının mәhsulları (әsasәn, spirt, konyak, Şampan şәrabları vә pivә) Rusiyanın daxili bazarları ilә yanaşı, Almaniyaya vә Avropanın digәr ölkәlәrinә aparılırdı. 1905 ildә firma Yelizavetpol st.-nda spirt zavodu da tikdirmişdi. Firmanın torpaq sahәlәri Yelenendorfdan kәnara çıxaraq “Karyer” adlanan yerlәri, hәmçinin Daşaltını vә Yelizavetpol qәzasının digәr yerlәrini әhatә edirdi. Hәmin yerlәrdә meyvә bağları, bostançılıq, bağçaçılıq da inkişaf etdirilirdi. 1910 ildә “F.q.” firmasının tәsәrrüfat sahәsi 4300 des. tәşkil edirdi. Hәmin il firma 750 min vedrә şәrab istehsal etmişdi. “F.q.” firması mәhsulların saxlanması vә daşınması üçün Avropanın vә Qafqazın qabaqcıl tәcrübәsini öyrәnib tәkmillәşdirirdi. Firmanın Yelizavetpolda, Bakıda, Tiflisdә, Aşqabadda, Krasnovodskda, Tomskda vә s.-dә nümayәndәliklәri fәaliyyәt göstәrirdi. 1895 ildә firmanın illik dövriyyәsi cәmi 30 min rubl olsa da, 1913 ildә bu rәqәm 2 mln. rubla çatmışdı. 1911 ildә firmanın iştirakı ilә Yelenendorf ticarәt mәktәbi açılmışdı.

    “F.q.” firmasının şәrabları 1882–1901 illәrdә 20-dәn artıq müxtәlif xarici mükafatlara, o cümlәdәn 10 qızıl medala layiq görülmüşdü. 1920 ildә Azәrb.-da sovet hakimiyyәti qurulduqdan sonra “F.q.” firması millilәşdirilmişdir.

    Əd.: И б р а г и м о в  Н. А. Немецкие страницы истории Азербайджанa. Б., 1995; А х у н д о в а Т. Немцы-колонисты в Азербайджане Х1Х – нач. ХХ в. Б., 1999; З е й н а л о в а С. Немецкие колонии в Азербайджане: 1819-1941 гг. Б., 2002; В е р д и е в а Х. Немцы в Северном Азербайджане. Б., 2009; З е й н а л о в а  С. Немцы на Кавказе. Б., 2008; İnternet. Vikipediya.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
FEDİNQ – EMİN