FORÉROS – orta әsrlәrdә Pireney y-a dövlәtlәrindә şәxsәn azad, prekari şәrtlәrilә torpaq sahәsindәn istifadә edәn asılı kәndlilәr. Hәr il әldә etdiklәri mәhsulun 1/10 hissәsini senyora ödәmәli, torpaq sahәsinin әkinә yararlılığını yaxşılaşdırmalı idilәr. F. institutu geri alınmış torpaqların mәskunlaşdırılması vә becәrilmәsindә feodalların maraqlı olduqları Rekonkista dövründә xüsusilә inkişaf etmişdi. 20 әsrdә mülkәdar torpaqlarını icarә haqqı (foro) ödәmәk şәrtilә icarәyә götürәnlәrә F. deyilirdi.