Azərbaycan Milli Ensiklopediyası
IX CİLD (FEDİNQ - EMİN)
    FÓRMA VƏ MATÉRİYA

    FÓRMA VƏ MATÉRİYA [yun. είδος (ίδέα, μορφή) και ΰλη, lat. tәrcümәsi “forma et materia”] – Aristotel fәlsәfәsindә varlığın dörd “sәbәb”, yaxud “prinsip”indәn (“başlanğıc”ından – arxe) ikisi. Aristoteldә forma-eydosun digәr sinonimlәri loqos, ούσία – “mahiyyәt, substansiya” vә s.-dir. F. vә m. nәzәriyyәsi ilk dәfә Aristotel tәrәfindәn “Fizika”nın 1-ci kitabında “tәşәkkül”ün (γένεσις) tәhlili ilә әlaqәdar “üç prinsip” – materiya substratı (ύλη, ΰποκεί-μενον), forma (είδος) vә formasızlıq (στέρησις) haqqında tәlim şәklindә işlәnmişdir. Tәşәkkül mütlәq qeyri-varlıqdan varlığa doğru deyil, aksidental qeyri-varlıqdan (“Sokrat savadsızdır”) eydosun müsbәt әldә olunmasına (έξις) doğru gedir (“Sokrat savadlıdır”) vә bu zaman dәyişiklik substratı (“Sokrat”) әmәlә gәlmir vә mәhv olmur. F. vә m. şeyin ondan “ayrılmaz” olan vә verilmiş hansısa bir şey kimi müstәqil reallığa malik olmayan immanent struktur elementlәridir (στοιχεία); belә keyfiyyәtlәrә yalnız onların sintezi – “bütövlük” (τό σύνολον) malikdir. Bu zaman F. vә m. akta vә potensiyaya uyğun gәlir (bax İmkangerçәklik): materiya formanın potensiyası, forma isә materiyanın gerçәklәşmәsidir (hәmçinin bax Entelexiya). F. vә m.-nın ayrılmazlığı (hilemorfizm adlanan prinsip) yalnız iki dәfә vә hәr iki halda “forma”nın xeyrinә pozulur: kosmologiyada transsendent ağıl-nus – ilk tәkanvericinin qәbul edilmәsi ilә, antropologiyada isә ali ruhi qabiliyyәt olan “aktiv ağıl”ın “mücәrrәdliyi” vә ölümsüzlüyünün qәbul edilmәsi ilә. Elementlәr nәzәriyyәsindә dә “hәr bir üst qatda olan cismin özündәn alt qatdakı cismә münasibәti formanın materiya ilә olan münasibәti kimidir”, mәs., su torpağa münasibәtdә “forma”, havaya münasibәtdә isә “materiya”dır.

    Dionisi Areopagitin әsәrlәrindә işlәnilmiş vә neoplatonçu köklәrә malik olsa da, dünyanın “heçdәn” yaradılması haqqında Bibliya tәsәvvürünә әsaslanan F. vә m. haqqında konsepsiya orta әsrlәr fәlsәfәsindә geniş yayılmışdı: forma-proobrazlar Allahın zәkasında mövcuddur, materiya әbәdi deyil vә formaya qәdәr mövcud deyil. F. vә m.-nın Aristotel anlamının islam (9 әsrdәn) vә sonra Avropa (13 әsr) dünyasında yayılması nәticәsindә
    fәrdilәşmә, substansial formaların çoxluğu vә vәhdәti vә s. haqqın- da diskussiyalar meydana gәldi. İbn Sina “cismaniliyin forması”, yaxud “ümumi forma”, digәrlәrindәn әvvәl gәlәn vә materiyanı müәyyәn kәmiyyәt ölçülәrinә malik cisim edәn (çünki qeyri-müәyyәn materiya fәrdlәrin fәrqlәri üçün әsas ola bilmәz) birinci forma anlayışını tәtbiq edir. İbn Rüşdә görә, bir subyekt yalnız bir substansial formaya malik ola bilәr, o, “qeyri-müәyyәn ölçülәrә malik materiya”nı fәrdilәşmәnin әsası hesab edirdi. İbn Cәbirulun yaratdığı “universal hilemorfizm” konsepsiyasında yaradılmış bütün şeylәr, o cümlәdәn ruhi substansiyalar da F. vә m.-dan ibarәtdir (Bonaventura, R.BekonC.Pekkam vә b. bu konsepsiyanı dәstәklәyir, Foma Akvinalı tәnqid edirdi). Universal hilemorfizm haqqında tәlim fizikada formaların dәyişmәsi prosesini, antropologiyada insan canında müxtәlif potensiyaların mövcudluğunu, mәsihşünaslıqda ölüm ilә dirilmә arasındakı müddәtdә Mәsih cisminin statusunu izah etmәyә imkan verәn mahiyyәt formalarının çoxluğu nәzәriyyәsi üçün әsas oldu. İoan Blandın 1230 ildә irәli sürdüyü substansial formanın vahidliyi nәzәriyyәsi Foma Akvinalıda vә onun davamçılarında inkişaf etdirildi: bir varlıq yalnız bir mahiyyәt forması ilә tәrtib olunur, bu zaman daha yüksәk forma, mәs., insanın intellektual canı özündәn alçaq formaların hәrәkәtlәrini icra edә bilәr. Materiyanın xalis potensiya kimi әnәnәvi anlamından fәrqli olaraq, Duns Skot (onun ardınca U.Okkam) materiyanı aktual mahiyyәt hesab edir vә güman edirdi ki, Allah materiyanı formasız da yarada bilәr. Yalnız fәrdi şeylәrin real mövcudluğunu qәbul edәn Okkam şeylәrdә vә Allah zәkasında universal formaların mövcudluğunu inkar edirdi. Bax hәmçinin Materiya mәqalәsinә.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
FEDİNQ – EMİN