FORMAL MƏKTƏB, s o s i o l o g i y a d a – 19 әsrin sonu – 20 әsrin birinci yarısı sosioloji fikrindә cәrәyan. Ən çox Almaniyada yayılmışdı. Əsas nümayәndәlәri L. fon Vize, G.Zimmel, F.Tönnis, A.Firkandt vә b. idi. F.m.-in nәzәriyyәçilәri insanlararası vә qrupdaxili qarşılıqlı әlaqәlәrin bütün növlәrini vә onların әsasında yaranan ictimai әlaqә vә münasibәtlәri sistemlәşdirmәyә vә tipologiyasını yaratmağa çalışırdılar. Bu zaman “xalis sosiologiya” (alm. reine Soziologie) sosial formaların universal “qrammatika”sı, yaxud “hәndәsә”si hesab edilәrәk sosioloji biliyin nüvәsinә çevrilirdi. Formal-analitik modellәr nәzәriyyәnin qurulması üsulu kimi 20 әsrin bir sıra sosioloji konsepsiyasının (V.Paretonun “ümumi sosiologiya”
layihәsi, T.Parsonsun struktur funksionalizmi vә s.) әsasını tәşkil etdi.