FORMAL SİSTEM – interpretasiya olunmamış hesablama. İfadәlәr (düsturlar) sinfi adәtәn induktiv (ilkin düsturlar vә düstur yaratmaq qaydaları vasitәsilә) şәkildә, isbat edilmәli düsturların altsiniflәri isә aksiomlar vә nәticәçıxarma teoremlәri sisteminin aksiomlardan vә isbat edilmiş teoremlәrdәn alınması yolu ilә verilir. F.s.-in müxtәlif sinonimlәri var; formal nәzәriyyә, formal riyaziyyat, formalizm, formal hesablama, mücәrrәd hesablama, sintaktik sistem, aksiomatik sistem, mәntiqi sistem, formalaşdırılmış dil, formal mәntiq, kondifikat, deduktiv sistem vә s.