FORMALI BAĞÇILIQ – meyvә ağaclarının zәif bitәn qәlәmlik bitkilәrdә süni formalarda becәrilmәsi; yüksәk mәsuldarlığı vә dekorativliyi tәmin edir. F.b.-ı çox vaxt spaler bağçılığı da adlandırırlır, çünki formalaşan ağacların daşıyıcı elementlәri bir müstәvidә yerlәşәn dirәklәrә (karkas, spaler) birlәşdirilir. F.b. 16 әsrdә Avropada yaranmışdır. 19 әsrin 2-ci yarısında Fransa vә Almaniyada daha güclü inkişaf etmişdir. Bu dövrdә F.b. müxtәlifliyi vә formaların mürәkkәbliyilә seçilirdi (fiqurlu palmetta, piramida, mürәkkәbgüldan vә kasalar). 20 әsrin 30-cu illәrindә İtaliyada konstruksiya vә icrasına görә daha sadә (kordonlar, sadә palmetlәr) bağ istehsalı üçün yararlı ağac formaları işlәnib hazırlanmış, vә palmet bağçılığı Bolqarıstan, Rumıniya, Fransa vә b. ölkәlәrin bağçıları tәrәfindәn tezliklә populyarlıq qazanmışdır. Moldova vә Krımda әsası 50–60-cı illәrdә qoyulan palmet bağları müvәffәqiyyәtlә istifadә olunur. Bir çox klassik F.b.-ın mürәkkәb, budaqları hәndәsi cәhәtdәn düzgün yerlәşәn süni ağac formaları yalnız bәzәk bağçılığında tәtbiq olunur.
Meyvә bitkilәrindәn F.b.-da çox vaxt alma vә armuddan, daha az çәyirdәklilәrdәn istifadә olunur. Alma vә armudun zәif böyüyәn vә illik daha az hәlqәlәrdә (1-3 sm uz.-da hәlqә böyümәlәrindә yaxşı inkişaf etmiş bir tәpә tumurcuğu ilә) bar verәn sortları, daha çox yararlıdır. F.b. tәbii gövdәli ağacları yetişdirilmәkdәn daha çox zәhmәt vә tәcrübә tәlәb edir (zoğların illik müfәssәl kәsilmәsi vә bağlanması, xüsusi üsulların tәtbiq olunması – әyilmә, sarıma, budaqların hәlqәlәnmәsi vә s.).
Əd.: Ш а й т а н И.М. Формово-декоративный плодовый сад. К., 1968; К у д р я в ц е в Р.П. Новые высокопродуктивные формы кроны плодовых деревьев. М., 1974.