FORMALİZM (fr. formalisme, lat. formalis – formaya aid olan) – insan fәaliyyәtinin müxtәlif sahәlәrindә mәzmuna nisbәtәn formaya üstünlük verilmәsi (bax Mәzmun vә forma). Ehkamçılıq formalarından biri olan mәnәvi F. ehkamlara vә normalara sırf zahiri riayәtdә, vәzifәnin formal icrasında tәzahür edir. Bu halda insan öz davranışlarının sosial әhәmiyyәti barәdә düşünmür, yaxud onu fәrdi vә ictimai tәlәbat nöqteyi-nәzәrindәn әsaslandıra bilmir. Etik F. mәnәvi problemlәrin tәdqiqi zamanı etik nәzәriyyәlәrin metodoloji prinsipi kimi çıxış edir. Etik görüşlәri üçün F.-in sәciyyәvi olduğu İ.Kant konkret tarixi dövrün xarakterindәn vә situasiyanın mәzmunundan asılı olmadan hәmişә vә hәr yerdә öz hәqiqiliyini qoruyub saxlaya bilәn universal etik prinsip (“qәti imperativ”) anlayışını irәli sürürdü. Sosial idarәetmәdә F. bürokratizmdә, qanunun mәzmun vә ruhuna tam etinasız yanaşmaqla onun hәr nöqtәsinә әmәl etmәkdә ifadә olunur.