Azərbaycan Milli Ensiklopediyası
IX CİLD (FEDİNQ - EMİN)
    FORMAN Miloş

    FORMAN Miloş (18.2.1932, Çaslav – 13.4.2018, ABŞ, Danberi) – çex vә amerikan rejissoru. 1954 ildә Praqa Kino Akademiyasının ssenari fakültәsini bitirmişdir. 1954–56 illәrdә televiziyada işlәmişdir. Ssenarist kimi debütü 1958 ildә “Küçüklәr” tragikomediyası vә “Canavar tәlәsi” dramı ilә olmuşdur.1958–62 illәrdә “Laterna magika” şou teatrının (Praqa) dramaturqu vә rej.-u işlәmiş, 1963 ildә “Müsabiqә” sәnәdli, 1964 ildә “Qara Pyotr” bәdii filmlәrini çәkmişdir. “Sarışın qadının sevgi macәraları” (1965) filmi çex kinematoqrafiyası üçün yeni üfüqlәr açmışdır. 1968 ildә ABŞ-a mühacirәt etmiş, burada “Qopma” tragikomediyasını çәkmişdir (1971, Kann Beynәlxalq kinofestivalının Qran-pri mükafatı), “Ququ quşu yuvası üstündәn nәsә uçdu” (1975, 5 “Oskar” mükafatı) filmi ona beynәlxalq nüfuz qazandırmışdır. 1979 ildә Q.Makdermottun “Saçlar” müziklini (hippi hәrәkatı haqqında) ekranlaşdırmışdır.

    Çәkdiyi digәr filmlәr: “Reqtaym” (1981), “Amadey” (1984, “Oskar” mükafatı”), “Valmon” (1989, Ş. de Laklonun “Tәhlükәli әlaqәlәr” әsәri üzrә), “Xalq Larri Flintә qarşı” (1996, Berlin Beynәlxalq kinofestivalının “Qran-pri” mükafatı), “İnsan Ayda” (1999, Berlin Beynәlxalq kinofestivalının mükafatı), “Qoyanın kabusları” (2006), “Münxen kabusu” (2012) vә s. Prodüsser vә ssenarist kimi dә fәaliyyәt göstәrmişdir.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
FEDİNQ – EMİN