FORMÁNT – sözdüzәldici vә sözdәyişdirici şәkilçilәrin ümumi adı. Sözdüzәldici şәkilçilәr kökә әlavә olunduqda yalnız sözün şәklinә deyil, mәzmununa da ciddi tәsir etmәklә yeni söz әmәlә gәtirir. Sözdәyişdirici şәkilçilәr isә yalnız sözün şәklini dәyişir, mәzmununa ciddi tәsir etmir. Azәrb. dilindә bu şәkilçilәr hәmişә sözün sonunda işlәnir.
Əd.: Hüseynzadә M. Müasir Azәrbaycan dili. Morfologiya. B., 2007.