FORMAZANLAR – ümumi formulu RN=N– CR′=N– NHR″ (R, R′ vә R″ − H vә ya üzvi radikal) olan kimyәvi birlәşmәlәr; bunlara formal olaraq sәrbәst halda mövcud olmayan formazanın HN=N−CH=N−NH2 törәmәlәri kimi baxmaq olar. N atomlarında müxtәlif әvәzedicilәri olan F. üçün azo-hidrazon tautometrlik sәciyyәvidir:
F.-ın әn mühüm reaksiyalarından biri tetrazol duzları әmәlә gәtirmәklә oksidlәşmәdir.
F. metallarla (Cu2+, Co3+, Ni2+ vә s.) parlaq rәngli komplekslәr әmәlә gәtirir. F. hidrazin törәmәlәrinin spirt, yaxud aldehidlәrlә oksidlәşdirici qoşma reaksiyasından, arilhidrazinlәrin xlor- vә ya nitrohidrazonlarla qarşılıqlı tәsirindәn alınır. F. analitik reagentlәr (ditizon vә s.) kimi istifadә olunur. Biokimyәvi tәdqiqatlarda oksidlәşmә-reduksiya proseslәrinin indikasiyası üçün tetrazol duzlarından elektron akseptorları kimi istifadә olunur. F.-ın metallarla komplekslәrindәn parça vә digәr materialların boyaları kimi istifadә olunur.