FORMİATLAR – qarışqa turşusunun duzları vә mürәkkәb efirlәri. Efirlәrdәn әn әhәmiyyәtlisi metilformiat HCOOCH3 vә etilformiatdır HCOOC2H5; onlar hәlledici, fumiqant, larvisid kimi, üzvi sintezdә istifadә olunur. Duzlardan әn mühümü natrium-formiatdır HCOONa; boyamada rәngab, dәri aşılayıcısı, üzvi sintezdә reagent kimi vә s. tәtbiq edilir.