FORMOZOV Aleksandr Nikolayeviç (1.2.1899, Nijni Novqorod – 22.12.1973, Moskva) – rus tәbiәtçi-zooloqu, zoocoğrafiyaçı, ekoloq, elm populyarizatoru, yazıçı, rәssam-animalist. A.A.Formozovun atası. 1925 ildә MDU-nu bitirmişdir. 1930 ildәn orada işlәmiş (1935 ildәn prof.) vә eyni zamanda 1926–60 illәrdә bir çox ekspedisiyalarda iştirak etmiş, bir sıra in.-tlarda dәrs demiş, 1945–62 illәrdә SSRİ EA Coğrafiya İn-tunda yaratdığı biocoğrafiya şöbәsinin müdiri olmuşdur. Əsas tәdqiqatları qar örtüyünün tәkamüldә roluna, quşların vә mәmәlilәrin yayılması vә ekologiyasına, ov heyvanlarının say dinamikasının öyrәnilmәsinә hesabat işlәrinin aparılmasının ümumi prinsiplәrinin işlәnib hazırlamasına mәmәli heyvanların bozqır biosenozlarında mühitәmәlәgәtirmә fәaliyyәtinә, ovşünaslığa, vәhşi heyvan ovçuluğuna vә tәbiәtin mühafizәsinә hәsr edilmişdir. Qoruqlar şәbәkәsinin tәşkilindә iştirak etmişdir. Öz elmi vә elmi-kütlәvi kitabları üçün yüksәk elmi dәqiqliyi әlvan koloritlә uyğunlaşan illüstrasiyaları özü çәkmişdir.